“Sabah”ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

07 Noyabr 2022 13:59    16820 Baxış   
“Sabah”ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan Premyer Liqasında 10-cu quru oyununu keçirib.

Oxu.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı qolkiperin yubileyi XIII turda “Səbail”lə görüşə təsadüf edib – 2:0.

İmanov mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən oyunçu 7 görüşdən üçündə qol buraxmayıb.

Çərçivə qoruyucusu 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. O, XXI əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır.

Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb.

Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur – 17 yaş 297 günlük.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar