Azadlığın mübarək, Ağdam!

23 İyul 2021 16:27    8365 Baxış   
Azadlığın mübarək, Ağdam!

Tarixi 28 il əvvələ vərəqləyəcəyik. Elə bu gününə, daha konkret desək, 1993-cü ilin 23 iyuluna. Xatırlayanlar bildi. Bilməyənlərə isə deyim ki, bu Azərbaycanın ayrılmaz hissə Ağdamın ermənilər tərəfindən işğal edildiyi tarixdir. O tarixi həm də Ağdamın məhvi də adlandıra bilərik. Bəli, eynən məhvi. Çünki 44 günlük vətən savaşından sonra Qarabağda gördüyümüz mənzərə bizə məhz bunu göstərdi. İllər keçsə də, ermənilər köhnə adət-ənəsinə sadiq qaldı. Başqasının torpağına göz dikmək, işğalçılıq siyasəti, talan etmə, dağıtma və s.

Bütün bunlar Ağdamın fonunda daha aydın göründü. Amma ermənilər bir şeyi unutdular ki, əzəli torpaqlarımız bizə yenidən qayıdacaq. Onu isə güclü və igid Azərbaycan oğulları qaytaracaqlar.

Bu qələbənin başında, zəfərin tarixə düşməsində həm də müzəffər ordunun müzəffər Ali Baş Komandanı dayanırdı. İşğaldan azad olunan torpaqlara qalib kimi gedən Ali Baş Komandan.
44 günlük vətən və haqq savaşı həm də elə haqqın kimin tərəfində olduğunu göstərdi. Hər gün hansısa şəhərimizin, kəndimizin, rayonumuzun işğaldan azad olunması xəbərini həyəcan və göz yaşları ilə izlədik.

Amma zəfərə gedən yolumuz da asan olmadı. “Torpaq əgər uğrunda ölən varsa, vətəndir” dedik, Vətəndir deyə torpaqları qanla suvardıq, minlərlə şəhid verdik. Öz canlarından bir göz qırpımında keçənlər təkçə torpaqlarımızı azad etmədilər, həm də onu bizə əmanət qoydular. “Bizdən sonra siz qoruyun, yağı düşmənə bir daha təslim etməyin” - dedilər. Kəlbəcər, Laçın, Şuşa, Füzuli, Ağdam və digər rayonlarımız neçə-neçə canlar bahasına geri qaytarıldı. İşğal tarixlərini, azadlıq səlnaməsi ilə əvəz etdilər.

Azadlığın mübarək Ağdam!

Səidə Bəkirqızı





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar