Artıq dünyada yalnız bir Elmi Supergüc var – Çin.
Dünyada elmi tədqiqatların keyfiyyətini və miqyasını ölçən nüfuzlu beynəlxalq reytinq sistemi “Nature Index 2025”ə görə Çin şəksiz liderdir. Çinin ABŞ-la arasəndakı uçurum sürətlə böyüyür…
Əslində Çin mütləq üstünlüyə hələ 2022-də nail olmuşdu.
“Nature Index” Nature jurnallarında nəşr olunan məqalələrin sayına görə 2022-ci il üçün durum belə idi:
Çin – 3488;
ABŞ – 2051;
Almaniya – 1348;
Fransa – 676.
Yaponiya Milli Elmi və Texniki Siyasət İnstitutunun (NISTEP) məlumatlarına görə Çin 2022-də elmi nəşrlər üzrə mövcud bütün nominasiyalarda mütləq dünya çempionu olmuşdu. Bunu bir ölkənin Olimpiadada BÜTÜN qızıl medalları qazanması kimi anlamaq olar…
Nature Index 2025-ə əsasən ABŞ bu il sadəcə yenə də bir neçə "qızıl medal" ala bilib ki, o da yalnız Biologiya və Sağlamlıq Elmləri sahəsindəki göstəricilərinə görə.
Ali məktəblər arasındakı rəqabətdə də durum yaxşı deyil. Nature Index 2025-in ilk onluğunda 8 Çin universiteti yer alıb. Başdakı 5 aparıcı akademik institutlar:
1. Çin Elmlər Akademiyası (Chinese Academy of Sciences)
2. Harvard Universiteti
3. Çin Elmlər və Texnologiya Universiteti (University of Science and Technology of China)
4. Zhejiang Universiteti (Zhejiang University)
5. Pekin Universiteti (Peking University)
Amerika Elmin İnkişafına Yardım Assosiasiyasının (AAAS) ekspertləri hesab edirlər ki, Çinin dünyanın yeganə elmi Supergücünə çevrilməsinin qarşısını almaq üçün hələ də nəzəri bir şans var. Amma bu şans çox azdır, belə ki, 2025-ci il üzrə STEM sahəsində doktorluq dərəcəsi alan alimlərin proqnozlaşdırılan sayı da reallığı açıq şəkildə ortaya qoyur:
Çin – 77 min
ABŞ – 40 min
Müqayisə üçün deyək ki, Rusiyada isə vəziyyət daha da bərbaddır – bu rəqəm 10 mindən azdır. Maraqlıdır ki, Nature Index 2025-ə görə Rusiya 22-ci yerdədir. Bu da Braziliya, Polşa və Finlandiya səviyyəsində bir göstəricidir. İndi görürsünüzmü Rusiyanın potensialını, düşdüyü vəziyyətini?
Bir şeyi də xatırlatmağı vacib bilirəm.
2022-ci ildən əvvəl Rusiya elmi ideyalar baxımından Çin üçün bir növ "Klondayk" idi. Həmin statistikaya görə 448 layihədən 112-si Rusiyadan qaynaqlanırdı. Cəmi üç il keçdi və bu göstərici iki dəfə azalaraq 112-dən 670-yə düşdü.
Beləliklə,
• Çin artıq elmdə Dünya liderdir;
• ABŞ sürətlə geriləyib;
• Asiya ölkələri (Cənubi Koreya, Hindistan, Sinqapur) yüksəlişdə, Qərb ölkələri isə enişdədir;
• Universitetlər səviyyəsində də Çin institutları siyahılara başçılıq edir.
Bu göstəricilər elm sahəsində beynəlxalq güc balansının necə dəyişdiyini göstərir.
Çinlə ABŞ və Qərb ölkələri rəqabət edə bilmirsə bəs biz nə etməliyik?
Cavab vermək çətindir, çünki…
Çünkiləri zatən bilirsiz…lakin ilk etapda yapılacaq ən önəmli addım məzunlarımızın Rusiaya universitetlərinə diplom dalınca göndərməyin qarşısını alıb, Asiya və Qərb ali məktəblərinə yönləndirmək lazımdır.
Bunun üçün isə ölkəmizdəki rus məktəblərini ancaq ata-anası rus olan uşaqlar üçün pulsuz etmək lazımdır. Azərbaycanlı balaları üçün rus məktəbləri ingilis, fransız məktəbləri kimi pullu olmalıdır.
Bizim gələcəyimiz ancaq Ana Dilimizlə olacaq!
İbrahim Nəbioğlu