Azərbaycanın Ukraynadakı səfirliyi Xarkovda “Açıq qapı” günü keçirib

23 Oktyabr 2021 14:39    82 Baxış   
Azərbaycanın Ukraynadakı səfirliyi Xarkovda “Açıq qapı” günü keçirib
Azərbaycanın Ukraynadakı səfirliyi Xarkov şəhərində yaşayan soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.


Dominant.az-ın məlumatına görə, Azərbaycanın Xarkovda fəxri konsulluğunda keçirilən görüşdə səfirliyin konsulu Hüseyn Mərcanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb.

Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

H.Mərcanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək. Vətəndaşlarla səyyar görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar