Azərbaycanlı kinorejissorun filmi İtaliyada film festivalına vəsiqə qazanıb - VİDEO

27 Yanvar 2021 12:15    809 Baxış   
Azərbaycanlı kinorejissorun filmi İtaliyada film festivalına vəsiqə qazanıb -  VİDEO

Azərbaycanlı kinorejissor Tofiq Teymuroğlunun “Turistlər” adlı qısametrajlı filmi hər il İtaliyada keçirilən “Festival Del Cinema di Cefalu” film festivalına vəsiqə qazanıb.

Mediapress.az-ın məlumatına görə, həmyerlimizin “Turistlər” filmi 3068 filmin içindən seçilib.

Qeyd edək ki, Tofiq Teymuroğlu bu festivalda iştirak edən ilk azərbaycanlıdır.

“Öz hesabıma görülən işdir. Dəstəksiz olaraq dünyaya açılmaq istəyirəm. Azərbaycandakı incəsənət, film sektorundakı vəziyyət göz qabağındadır. Bu, mənlik deyil. Mən Azərbaycanın gerçək mədəniyyətini dünyaya təbliğ etmək istəyirəm”, - deyə saytımıza açıqlama verib.

T.Teymuroğlu sənətşünasdır, o, Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Teatrşünas, ədəbi tənqidçidir. Aydın Talıbzadənin tələbəsi olub, kinorejissor Cəmil Quliyevdən isə rejissorluğun incəliklərini öyrənib . 2000-ci ildən televiziyalarda işləyib. 2005-ci ildən müstəqil rejissor kimi çalışıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar