"Azərsığorta"ya yeni sədr təyin edilib

07 Dekabr 2021 16:10    509 Baxış   
"Azərsığorta"ya yeni sədr təyin edilib

Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilməsi barədə sərəncam imzalayıb.

Dominant.az xəbər verir ki, o, 1977-ci ildə Bakıda anadan olub, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə ikinci ali təhsil alıb, 2005-ci ildə isə bu universitetdə “İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi” ixtisasə üzrə magistr dərəcəsi alaraq ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.

F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta"da başlayıb, 2003-2005-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASc-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifələrində çalışıb, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İH-nin sədr müavini təyin edilib.

O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar