Bakıda məzarı tapılan İsa peyğəmbərin apostolu Varfolomey

23 Martt 2021 19:59    5101 Baxış   
Bakıda  məzarı  tapılan İsa peyğəmbərin apostolu   Varfolomey

Bakı dünyanın ən sirrli şəhərlərindən biridir. Bu barədə dəfələrlə yazmışam və yenə təkrar edirəm, dünyanın heç bir yerində Bakı qədər yeraltı və yerüstü gizlinlər olan şəhər yoxdur. Bakı Rusiyanın işğalından sonra çox qazıntılara məruz qalıb və burada Rusiya, sonra da Sovetlərin kəşfiyyatı illər boyu axtarış aparmalarına baxmayaraq, hələ də bu sirrləri tam ortaya çıxara bilməyəcəklər. Çünki Bakı öz sirrini hər kəsə açmır və bu sirri bilmək üçün Bakı ilə ruhən bağlı olmaq lazımdır. Bakı özü hiss etməlidir ki, kimə öz sirrini verir.

1964-cü ildə Bakıda arxeoloqların qazıntı apardığı zaman tapdıqları və dünyanın tamam mənzərəsini dəyişən beş möhtəşəm sirrlərdən biri İsa Məsihin 12 apostolundan biri olan, Azərbaycanın hamisi sayılan Apostol Varfolomeyin məzarının tapılması idi. İçərişəhərdə Qız qalasının yanında araşdırma aparan arxeoloqlar 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına Həvari Varfolomeyin şəhid edildiyinə inanılan yerdə tikdiləri kiçik kapella formalı ortodoks kilsəsinin daxilində qədim məzara rast gəlirlər. Məzarın eni yarım metr, uzunluğu isə 2 metrə çatıdrı. Qədim ikonalar, qədim pullar və qədim əlyazmaların olduğu məzarı tapan arxeoloqlar məzarın üstündə qədim Alban dilində” İsa Məsihin apotsolu, rəbbə sadiq, həvari Vartolomeos” yazısını görürlər. Dərhal Moskvaya xəbər verilir, səhərisi gün Sovet təhülkəslzik xidmətinin əməkdaşları qazıntı yerinə gəlirlər, orda axtarış aparan arxeoloqlarla söhbətlər aparılır. Məzar isə xüsusi qutuda Moskvaya aparılır. Yuxarıda isə qərar belə olur: “Ölkədə dini ajitoaj yaradılmaması üçün məzar gizlədilsin, qazıntılar dayandırılsın və kilsə dağıdılsın”. Kilsə dinlə mübarizə kompaniyası çərçivəsində sökülmüşdür.



Bununla paralel olaraq tapılan BEŞ SİRRlər (Qız qalasının altından, dənizaltı batmış Səbail qalasına yol xətti, başqa planetlərə aid olduğu deyilən cihaz, albanlara məxsus əlyazmalar, İsa Məshiə aid olan əşya və qədim incil kitabı) götürülür, izlər yox edilir və hər şey elə edilir ki, bu barədə heç kim heç nə bilməsin.

Müqəddəs Varfolomey 24 avqust 71-ci ilində atəşpərəstlər şəhəri olan Bakıda xristian dinini yaydığına görə çarmıxa çəkilib. Onu öldürüldüyü yerdə dəfn ediblər, üstündə ilk əvvələr kiçik tikili olub, sonralar onun edam edildiyi yerdə Alban kilsəsi tikilib, 1892-ci ildə qədim məbədin yerində Müqəddəs Varfolomey kilsəsi ucaldılıb. Bir faktı da deyim ki, dünyanın gizli təşkilatlarından biri olan İlluminatilər buranı xüsusi diqqətdə saxlayırdılar. Bakıya gizli yollarla Fransa, İran, Türkiyə, Britaniyadan buranı ziyarət etməyə gəlirdilər.

Azərbaycanda xristianlıq hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başlamışdır. Belə ki, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına apostollar gəlməyə başladılar. Burada xristian dininin yayılması apostollar Varfolomey və Faddeyin, eləcə də Faddeyin şagirdləri olan Yelisey və Marın adları ilə bağlıdır. Yeliseyin fəaliyyəti nəticəsində indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian kilsəsinin əsası qoyuldu. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəldi, beləliklə həvari mənşəli Alban Kilsəsi təşəkkül tapdı.

Zaur Əliyev, Dosent
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar