Bir səhər keçəsən güzgü önünə, baxasan qırxca il cavanlaşmısan

06 Sentyabr 2020 12:39    458 Baxış   
Bir səhər keçəsən güzgü önünə, baxasan qırxca il cavanlaşmısan
Dominant.az Elmar Hüseynovun yeni şeirini tədim edir.

Bir səhər keçəsən güzgü önünə
Baxasan qırxca il cavanlaşmısan
İllərin əlindən alıb gəncliyi
İndi qocalıqla halallaşmısan...

Görəsən qocalıb dostlar gözündə
Həsrətin gəzdirir, ötən günlərin,
Birinin saçı ağ, dişi tökülmüş,
Birinin alnında qırışı dərin...

Ayıbdı dur, bala, böyüyə yol ver,
Deyə səndən kiçik, axı adətdir,
Tanıyıb heyrətlə baxa üzünə,
Dostların soruşa, bu nə halətdir?

Necə deyəsən ki, qırx il əvvələ
Məni qanadında qaytarıb zaman
Fələyin çərxini tərs göndərərək
Qıyıb gəncliyimi diləyib aman...

Gəncliyin səfasın sürəsən o gün,
O qədər yorulub heydən düşəsən...
Bir çimdik yuxuyçün gözünü yumub
Açıb görəsən ki, qoca kişisən...



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar