Bu şəhərdə həsrət səssizliyi Azan səsini batırır...

18 İyul 2020 20:40    614 Baxış   
Bu şəhərdə həsrət səssizliyi Azan səsini batırır...
Dominant.az gənc yazar Əcəmi Əsədullanın növbti şeirini təqdim edir:

Sən gedəndən bu şəhər
qazamata çevrilib.
Vaxt da başqa cür axır,
Çay da başqa cür axır
Ay da tam başqa baxır.
Bu sənsiz qazamatda
Saniyələr də saata çevrilib.

Bu şəhərin qəzet satanları da
quşlardan səni soruşur.
Görəsən, necəsən?
haradasan?
Nə edirsən?
Kimləsən?
Bu şəhərdə həsrət səssizliyi
Azan səsini batırır.
Günahlar savaba
Suallar cavaba qarışıb.

Qapı-bacası bağlı olan otaqdan
hər axşam yuxum qaçır
Sən gəzdiyin yerlərdən
xatirələr toplayıb
Sabahçün saxlayırıq
Bu şəhərdə hər gecə
Susuruq, ağlayırıq

Sən gedəndən burada
hamı sənə bənzəyir.
Sənin kimi kövrəlib
Sənin kimi gülürlər
Bütün qızlar sarışın,
Ala göz və bəstəboy
Bu şəhərdə hara baxsam
Ancaq səni görürəm...




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar