Buna əməl etməsəniz, “WhatsApp” hesabınız bağlana bilər

24 Fevral 2021 14:32    1462 Baxış   
Buna əməl etməsəniz, “WhatsApp” hesabınız bağlana bilər
“WhatsApp” istifadəçiləri yeni qaydaları qəbul etməmək halında ismarıc göndərmək haqqından məhrum edilməklə akkountları birdəfəlik bağlana bilər.

“Prime”xəbər verir ki, belə bir məhdudiyyət məxfilik qaydalarının nəzərdə tutulmuş yenilənməsinə dair açıqlamanı oxumayanlara qarşı tətbiq olunacaq.

Bundan əvvəl “WhatsApp”ın bütün istifadəçiləri qarşısında həmin yeni qaydalarla tanış olub qəbul etmək şərti qoyulmuşdu. Qəbul edənlərin telefon nömrəsinə dair bütün məlumatlar messencerein sahibi “Facebook” şirkətinə ötürüləcəkdi.

“WhatsApp” rəhbərliyinin tətbiq etdiyi yeni qaydalara 2021-ci il 15 may tarixinədək diqqət yetirməyən istifadəçilər ismarıc oxumaq və göndərmək hüququndan məhrum olacaq. Bu istifadəçilərə zəng və ismarıclar gəlməyə davam edəcək.

inter.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar