Bütün alçaqların vətənpərvərliyi belə olur!

25 Yanvar 2022 23:46    314 Baxış   
Bütün alçaqların vətənpərvərliyi belə olur!

44 günlük Vətən Müharibəsi zamanı xalam nəvəsi Nicat Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Nicatın şəhid olduğu gün - noyabrın 9-da bir şuşalı biznesmen qələbə münasibətilə sevincindən restoranda 18 yaşlı qızları qabağında oynadır, onların döşlərinin arasına 50 manatlıqlar qoyurdu. Bayırda 200 minlik "Lexus"u da vardı. Qarnı yerlə sürünən bu adam (?) Şuşanın azadlığına görə başını nəvəsi yaşda olan qızların sinəsinə qoyub ağlayırdı. Elə Şuşanın sevinci ilə oteldə gecələmişdi. Bütün alçaqların vətənpərvərliyi belə olur.

Mən həmin gün başa düşdüm ki, Şuşa daha çox onun uğrunda ölənlərin Vətənidir, Şuşa gələcəkdə bu ölkədə doğulacaq bütün bədbəxt qızların, nişan üzüyü başına çırpılan körpələrin, illərlə əlində CV iş axtaran naçar oğlanların Vətənidir.

SSRİ-nin məşhur avtomobil markası olan "Pobeda"nın (Azərbaycanca - "Qələbə") maraqlı yaranma tarixçəsi var. Belə ki, “Pobeda”nın istehsalına yeni başlayanda SSRİ-nin rəhbəri Stalinə avtomobil haqqında məruzə edərək deyirlər ki, yeni Sovet maşınının adı “Vətən” (Rusca - "Rodina") olacaq. Stalin məruzəçinin sözünü kəsərək kinayə ilə soruşur: "Bəs "Vətən"i neçəyə satmağa hazırlaşırsınız?"

Stalinin bu sualından sonra avtomobilin adını dərhal dəyişib “Pobeda” qoyurlar.

Müşviq Abbasov! "Şuşa" Vətəndir, Vətənin nə adını dəyişərlər, nə də bu adla alver etmək olar. Şuşa həm də bütün türk dünyasının mədəniyyət paytaxtıdır. Sənin iştirak etdiyin KVN yarışı da mədəniyyət tədbiridir. Bu ad altında hərbi qələbəni əsgərlərimiz çaldı, mədəni qələbəni sən çalmalı idin. Şuşanın adı ilə! Olmadı. Uduzdun! Orda qalib olsan da, sən məğlubsan!

Mən Şuşanın heç vaxt başı dumanlı dağlarını, Xarı bülbülümü vəsf edən deyiləm. Pafos və romantika insanı çılpaq göstərir. Amma unutmayaq: Şuşa Azərbaycanın ana bətnidir. Vətən oradan başlanır həm də...

Samir Feyruzov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar