“CinemaPlus” açıq havada yay kinoteatrını yenidən açdı

08 İyul 2022 14:10    3156 Baxış   
“CinemaPlus” açıq havada yay kinoteatrını yenidən açdı

“CinemaPlus”un sevimli izləyiciləri üçün şad xəbər var.

Dominant.az xəbər verir ki, təbiət qoynunda, Şamaxı şəhərində, Abqora restoranının ərazisində, CinemaPlus və Meysəri şərablarının birgə layihəsi çərçivəsində “Open Air Cinema”artıq fəaliyyətdədir.

Hər həftənin sonu: 5, 6 və 7-ci günlər və bayram günlərində qonaqlar açıq havada yeni filmləri izləyə bilərlər. Filmlər və seanslar haqqında məlumatı "CinemaPlus” kinoteatrlar şəbəkəsinin saytında və sosial şəbəkələrindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün +994 55 756 66 55 nömrəsi ilə əlaqə saxlayın.

“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Ətraflı məlumat barədə sosial şəbəkələrimizdə qeyd olunacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar