“CinemaPlus”da kult “Matrix” filmi nümayiş etdirilir

17 Dekabr 2021 16:58    220 Baxış   
“CinemaPlus”da kult “Matrix” filmi nümayiş etdirilir

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Kianu Rivz və Kerri-Ann Mossun iştirakı ilə “Matrix: Dirilmə” adlı Amerika elmi-fantastik filmi nümayiş etdirilir.

Filmdə həmçinin Yahya Abdul-Matin II, Cessika Henvik, Conatan Qroff və Nil Patrik Harris də çəkiliblər.

Film kiberpank janrında yaradılmış kult media franşizasının dördüncü hissəsidir.

Ekran işinin rejissoru Lana Vaçovskidir.

“Lana Vaçovski gözəl ssenari və möhtəşəm hekayə yazdı və bunlar mənim diqqətimi dərhal cəlb etdi. Layihəni qəbul etməyimin yeganə səbəbi budur. Lana ilə yenidən işləmək fürsətinin olması sadəcə heyrətamizdir. Düşünürəm ki, bu hekayədə mistik bir şeylər var və bu, bizi çox düşündürəcək”, - deyə Kianu Rivz bildirib.

Film insan irqindən enerji mənbəyi kimi istifadə edən və böyüyən zaman insanların zehnini illüziyalarla dolduran məkrli süni intellektin qarşısını almağı bacaran Neo adlı seçilmiş şəxsin hekayəsinin davamıdır.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar