Əməkdar artist də cəbhəyə getdi

29 Sentyabr 2020 11:43    742 Baxış   
Əməkdar artist də cəbhəyə getdi
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb.

Bu barədə ölkə.az-a İ.Əhmədov özü məlumat verib.

Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir:

"Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm".

Qeyd edək ki, Əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar