Erməni diversant təxribatlarının arxasında hansı amillər dayanır? - TƏHLİL

29 Dekabr 2020 11:46    477 Baxış   
 Erməni diversant təxribatlarının arxasında hansı amillər dayanır?   - TƏHLİL

Dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində erməni diversantlarının hücumu nəticəsində 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid oldu. Sentyabrın 27-də başlayan, noyabrın 10-da üçtərəfli razılaşma əsasında başa çatan Qarabağ müharibəsinin yeni fazaya daxil olacağı ilə bağlı dekabrın 15-də “Müharibənin yeni FAZASI: anti-terror əməliyyatları...” başlıqlı məqalə yazmışdım. Ermənilər noyabrın 26-da və dekabrın 8-də də eyni məzmunlu təxribat həyata keçirmişdi. Eyni zamanda, erməni diversantlarının, terrorçu qruplaşmalarının hələ uzun müddət təxribatlar törədəcəyini və təcili şəkildə anti-terror əməliyyatlarının aparılmasının vacibliyini qeyd etmişdim. Hazırda anti-terror əməliyyatları nəticəsində terrorçu qruplaşmların məhv etmək üçün ciddi tarixi şərait var. Proses ən sərt şəkildə davam etməlidir.

Bəs erməni diversant bu təxribatlarının arxasında nələr dayanır?

BİRİNCİSİ, təxribatlar Rusiyanın icazəsi və səssiz qalması nəticəsində, Ermənistan hərbi dairələrinin və qondarma “dqr”-in rəhbəri Araik Arutyunyanın sifarişi ilə həyata keçirilir. Sülhməramlılar öz missiyasını həyata keçirərək erməni terrorçuları zərərsizləşdirmək niyyətində deyil. Rusiya bununla bölgədə hərbi-siyasi-iqtisadi üstünlüklərini artırmağa, möhkəmləndirməyə çalışır.

İKİNCİSİ, Rusiya bölgədə hələ bir müddət əmin-amanlığın, sülhün tam şəkildə qorunmasında maraqlı olmadığını nümayiş etdirir, zaman-zaman təxribatların olacağının mesajlarını verir. General Rüstəm Muradovun sülhməramlılara komandan təyin edilməsi bunun açıq-aşkar göstəricisidir. R.Muradov:

a) 2 çeçen müharibəsinin əsas fiqurlarından biri olıub, zəngin döyüş yolu keçmiş adamdır.

b) 2016-cı ildə Donbasdakı atəşkəs məsələlərinə nəzarət və koordinasiya və demarkasiya xəttinin sabitləşdirilməsi mərkəzində Rusiyanın nümayəndəsi olub.

c) 2017-ci ildə Suriyada Rusiyanın hərbi məsləhətçisi olub. Hətta o, həmin ərazilərdə bir neçə dəfə ağır çaplı silahlardan atəşə də tutulub. R.Muradov uğurlu hərbi əməliyyatlarına görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb. Onun sülhməramlılara komandan təyin edilməsi Rusiyanın bölgədə ciddi hərbi-siyasi maraqları olduğunun əsas göstəricilərindəndir. Və böyük ehtimal, bundan sonra da təxribatların baş verəcəyi istisna olunmur. R.Muradovun Çeçenistanda, Donbasda, Suriyadakı fəaliyyətinə nəzər salsaq görərik ki, onun Qarabağda sülhməramlılara rəhbərlik etməsi ziddiyətli və qəbuledilməzdir.

ÜÇÜNCÜSÜ, Rusiya müharibənin yeni fazasından - diversiya hücumlarından 2 formada yararlanmaq istəyir.

1) Sülhməramlıları hərbçilərin, rus hərbi texnikasının sayını artırmaq

2) Özünün gələcək niyyətləri üçün Azərbaycana təzyiq çabaları göstərmək

DÖRDÜNCÜSÜ, Rusiya Azərbaycan və Ermənistan arasında GƏLƏCƏKDƏ baş tutacaq görüşlərin “korrektəsini” həyata keçirir. Hər iki tərəf üçün fərqli və situasiyadan doğan şərtlər yaratmağa çalışır.

BEŞİNCİSİ, Türkiyə hərbçilərinin bölgəyə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsində öz şərtlərini diktə etməyə cəhd edir.

ALTINCISI, Rusiya diversiya qrupları vasitəsilə bölgədə gərgİnliyi saxlamaqla, qondarma rejimin dirçəlməsi üçün iqtisadi tədbirlər həyata keçirir. Yardımlar, infrastrukturun bərpasına yönəlik addımların atılması, rus sühlməramlılarının qondarma “dqr”-in “rəsmi”ləri tərəfindən mükafatlandırılması, rusların ermənilərlə təlim-tədris aparması bu proesin tərkib hissəsidir.

YEDDİNCİSİ, Koçaryan-Putin arasında uzun çəkən telefon danışıqları, Paşinyanın “kompromis” variantlara əl atması göstərir ki, bu təxibatlar həm də hazırki Ermənİstan hakimiyyətini təzyiq altında saxlamağa hesablanıb. Bölgədəki gərginlik Paşinyanın əsas siyasi dayaqlarının gərginləşməsinə, sarsılmasına da yönəlmiş addımdır.

QISASI, Rusiya bir neçə başlı, öztərəfli, mürəkkəb və fərqli oynayır.

Amma… Durumun bəzi detalları təkcə bizim üçün qeyri-müəyyən deyil. Ermənstan bütünlüklə müəmmalı oyunların, qarşısı alınmaz, böhranlı hadisələrin içərisindədir. Artıq ermənilərin etiraz edərək Xankəndini tərk etməsi halları da çoxalıb. Azərbaycan pasportunun qorxusu dəhşətli onlarda həyəcan, dərin inamsızlıq yaradıb. Görəcəkləri böhran hələ qabaqdadır...

Porsesin mühüm və böyük hissəsi zamanla danışıqlar masasında həll olunacaq.

Diversiya hücumları həm də hər iki tərəfin mövqeyinə məqsədli şəkildə yönəldilmiş “korrektə” tədbirləridir.

44 günlük müharibə təkcə Azərbaycan ordusunun deyil, Azərbaycan diplomatiyasının, xarici siyasətinin də uğurlu tərəflərinə işıq saldı. Heç şübhəsiz, Azərbaycan dövləti bütün bunları, görür, bilir və eşidir. Gözləyək…

Prezident İlham Əliyev bir neçə gün bundan öncə işğaldan azad edilən rayonlarımıza səfəri zamanı demişdi:

"Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar".

Prezident İlham Əliyevin mövqeyindəki qətiyyət bir neçə məqamı xatırlatmağa əsas verir:

1. Biz kifayət qədər təmkinli və səbrli davranmalıyıq. Silahlı təxribatlar və informasiya dezoları ciddi şəkildə analiz edilməli, adekvat addımlar qüsursuz və sürətli şəkildə həyata keçirilməlidir.

2. Ermənistan dərs alması üçün sadəcə zaman əldə edib, buna görə də Ermənistan və himayədarları nəticə çıxarmalıdırlar. Əks halda, məsuliyyəti onlar daşımalı olacaqlar.

Samir FEYRUZOV



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar