Erməni silahlı dəstələri Bitlisdə 10 min türkü qətlə yetirir

08 May 2021 10:31    7071 Baxış   
Erməni silahlı dəstələri Bitlisdə 10 min türkü qətlə yetirir

8 may 1916-cı il...
Erməni silahlı dəstələri tərəfindən Bitlisdə ümumilikdə 10 000 nəfər türk qətlə yetirilir.

8 may 1916-cı il...
Erməni Andranikin silahlı quldur dəstəsi Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri amansızlıqla qətlə yetirirlər.

8 may 1988-ci il...
Kərkicahan qəsəbəsinin sakinləri (180 imza) Azərbaycan KP MK-nin birinci katibi Ə.X.Vəzirova mövcud vəziyyətlə əlaqədar müraciət ünvanlasalar da, bu müraciət demək olar ki, baxımsız qalır.

8 müy 1991-ci il...
Ermənilər Laçın rayonu ərazilərini, kəndlləri atəşə tutmaq məqsədilə Gorus rayonu ərazilərində müxtəlif silah anbarları təşkil edirlər.

8may 1992-ci il...
Qarabağın tacı olan Şuşa şəhəri erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilir.
Şuşa uğrunda döyüşlərdə 190 nəfər həlak olur, 170 nəfər yaralanır, 58 nəfər itkin və ya girov düşür. Şuşalılar çox çətinliklə, xeyli itki verərək şəhəri tərk etmək məcburiyyətində qalırlar. Ümumilikdə 20 000 nəfər əhali Şuşa rayonundan didərgin düşür.
Başdan-başa muzey şəhəri olan Şuşa düşmən əlinə keçir. Onlarla qiymətli tarixi-memarlıq abidələri (XVIII əsrə aid Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı, İbrahim xanın bürcü, İbrahim xanın qəsri, Xan sarayı, Karvansaray, M.P.Vaqif mədrəsəsi, Vaqifin türbəsi, Yuxarı Məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər Ağa məscidi, Xoca Mərcanlı məscidi, Hacı Abbas məscidi, Mərdinli məscidi, Saatlı məscidi, Köçərli məscidi, X.B. Natəvanın evi, Natəvanın bulağı, Ə.B.Haqverdiyevin evi, Q.B.Zakirin evi, M.M.Nəvvabın evi, S.S.Axundovun evi, N.B.Vəzirovun evi, Y.V.Çəmənzəminlinin evi, Xan Şuşinskinin evi, Tarzən Sadıqcanın evi, Mamay bəyin evi, Mamay bəyin məscidi, Mamay bulağı, Üzeyir bəy Hacıbəyovun ev muzeyi, Bülbülün ev muzeyi, Qız məktəbi, Realnı məktəbin binası, Meydan bulağı, Şirin su hamamı, İsa bulağı, Səkili bulaq və onlarla digər tarixi-mədəniyyət nümunələri) erməni işğalçıları tərəfindən dağıdılır, məhv edilir.

8 may 1992-ci il...
Şuşa rayonunun Qaybalı, Xəlfəli, Kosalar, Zarıslı kəndləri ermənilər tərəfindən işğal edilir. Çoxlu sayda itkilər olur.

8 may 1992-ci il...
Tərtər rayonunun Seydimli kəndi ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur, 1 nəfər həlak olur, 1 nəfər yaralanır.

8 may 1993-cü il...
Şuşa həbsxanasında girov saxlanılan Nadir Bakılı, Qor adlı erməni nəzarətçisi tərəfindən vəhşicəsinə döyülüb işgəncə verilərək donuz saxlanılan yerdə elektrik cərəyanı ilə vəhşicəsinə qətlə yetirilir.

8 may 1993-cü il...
DQMV-də Fərrux kəndi ətrafındakı yüksəkliklər uğrunda ermənilərlə azərbaycanlılar arasında şiddətli döyüşlər gedir.İtkilər olur.

8 may 1994-cü il...
Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi V. Kazimirovun atəşkəslə bağlı Bakıya gətirdiyi “Bişkek protokolu” Azərbaycan tərəfindən imzalanır. Bu sənədi Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu, icra hakimiyyətinin başçısı Nizami Bəhmənov, erməni tərəfdən isə Ermənistan Parlamentinin sədri Babken Ararksyan və “Dağlıq Qarabağ Respublikasının sədri” Karen Baburyan imzalayırlar. Sənəd 4 gün sonra – mayın 12-də qüvvəyə minir.



Apardığım araşdırmalar nəticəsində 8 may 1992-ci il tarixində Şuşa uğrunda döyüşlərdə şəhid olan, itkin düşən, əsir götürülənlərdən bəzilərinin məlumatlarını əldə edə bilmişəm.
Şəhid olanlar:
1) 1970-ci ildə Kərkicahan qəsəbəsində anadan olan Elxan Kamran oğlu Abbasov;
2) 1970-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olan Yaşar Vahid oğlu Sevindikov;
3) 1961-ci ildə Şuşa şəhərində anadan olmuş Əşrəf Dayandur oğlu İsmayılov;
4) 10 dekabr 1968-ci ildə Ağbaba mahalının mağaracıq kəndində anadan olan Rafael Sultan oğlu Abbasov (faciəli şəkildə şəhid olub);
5) 1 yanvar 1969-cu il tarixində Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş Mübariz Həsən oğlu Səfərov;
6) 1957-ci ildə Kərkicahan qəsəbəsində anadan olan Vaqif İslam oğlu Əhmədov;
7) Dəvəçi rayonunda anadan olmuş Şahin Mehdi oğlu Vahabzadə;
8) 9 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olan Xaqan Cahagir oğlu Dadaşov;
9) 7 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olan Nazim Möhsüm oğlu Şükürov (cəsədini götürmək olmur);
10) Albert Aqarunoviç Aqarunov;
11) 14 avqust 1963-cü il tarixində Kərkicahan qəsəbəsində anadan olan Natiq Əmirxan oğlu Şahmuradov;
12) 1960-cı ildə anadan olmuş Vidadi Telman oğlu Kazımov;
13) 1931-ci ildə anadan olmuş Bəşir Həbib oğlu Hüseynov;
14) 20 dekabr 1957-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndində anadan olan İnqilab Şirin oğlu Şirinov;
15) Laçın rayonunun Köhnəkənd kənd sakini, 22 yaşlı Novruz Yusif oğlu Əhmədov;
16) 1960-cı ildə Tərtər rayonunun Səhləbad inzibati ərazi vahidliyində anadan olmuş Nizami Niftalı oğlu Niftalıyev;
17) 29 sentyabr 1960—cı il tarixində Masallı rayonunun Kalinovka kəndində anadan olan Vaqif Nəsir oğlu Mehbalıyev;
18) 1969-cu ildə Beyləqan rayonunun Xalac kəndində anadan olan İbadət Abdulla oğlu Ələşrəfov;
19) 21 dekabr 1970-ci il tarixində Qax rayonunun Qındırğa kəndində anadan olan Telman Zakir oğlu Ərəbov;
20) 1953-cü ildə Bakı şəhərində anadan olan Ələkbər İslam oğlu Əsgərov;
21) “Azərbaycan-Qarabağ” batalyonunun komandiri Tofiq Rzayev (Tofiq Oğuz);
İtkin düşənlər:
1) 1963-cü ildə Şuşa şəhərində anadan olan Cavad Qəşəm oğlu Şükürov;
2) 15 may 1964-cü ildə Şuşa rayonunun Xəlfəli kəndində anadan olmuş Mail Cəfər oğlu Cəfərov;
3) 12 iyul 1947-ci ildə Şuşa şəhərində anadan olmuş Əhməd Süleyman oğlu Ağakişiyev;
4) 29 dekabr 1969-cu ildə Şuşa şəhərində anadan olan Elbrus Daşdəmir oğlu Adıgözəlov;
5) 1941-ci ildə anadan olmuş Məmməd Hüseyn oğlu Aslanov;
6) 30 noyabr 1970-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Sarvan kəndində anadan olan Fəzil Abbas oğlu Babayev;
7) 1960-cı ildə Şuşa şəhərində anadan olmuş Rizvan Şahverən oğlu Quliyev;
8) 24 yanvar 1962-ci ildə Şuşa şəhərində anadan olan İlqar Balay oğlu Əliyev;
9) 1 aprel 1970-ci ildə Laçın rayonunun Köhnəkənd kəndində anadan Novruz Yusif oğlu Əhmədov;
10) 5 dekabr 1969-cu ildə Xankəndi şəhərində anadan olan Fəxrəddin Hüseyn oğlu Zülfüqarov;
11) Şuşa şəhərində anadan olmuş Cəmil Mahmud oğlu İbrahimov;
12) 1905-ci ildə Şuşa şəhərində anadan olmuş Hüseyn Məmməd oğlu Mehdiyev;
13) 1936-cı ildə Şuşa rayonunun Xəlfəli kəndində anadan olan Əvəz Həsənqulu oğlu Muradov;
14) 1935-ci ildə Şuşa rayonunun Xəlfəli kəndində anadan olmuş Hacı Cəbrayıl oğlu Hüseynov;
15) 1911-ci ildə Şuşa rayonunun Xəlfəli kəndində anadan olan Müseyib Hüseyn oğlu Həsənov;
16) 1958-ci ildə Şuşa şəhərində anadan olan Nasir Hüseynqulu oğlu Bağırov;
17) 1956-cı ildə Şuşa şəhərində anadan olan Ruslan Hüseynqulu oğlu Bağırov;
18) 1973-cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olan Səfir Əhliyyət oğlu Salahov;
19) 1932-ci ildə Şuşa şəhərində Səyyarə Rəcəb oğlu Salmanova;
20) 1906-cı ildə Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuş Qəmər Əbülqasım qızı Hacıyeva;
21) 1968-ci ildə Bakı şəhərində anadan olan Ağası Rafiq oğlu Hüseynov və vacısının həyat yoldaşı, mayor Vahid Şahvələd oğlu Məmmədov;
22) 5 sentyabr 1965-ci ildə Kərkicahan qəsəbəsində anadan olan Namiq Əmirxan oğlu Şahmuradov;
23) 1972-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olan İldırım Barat oğlu Rzayev;
24) 9 may 1971-ci il tarixində Beyləqan rayonunun Dünyamallar kəndində anadan olan Mahir Mahmud oğlu Salmanov;
25) 9 may 1970-ci ildə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olan Mayıs Şəmil oğlu Fərəcov;
26) 8 yanvar 1970-ci ildə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olan İltifat Əliyusif oğlu Məmmədov;
27) 1970-ci il təvəllüdlü İsmayıl Şükür oğlu Eyvazov;
28) 1970-ci ildə Bakı şəhərində anadan olmuş Firudin Rəşid oğlu Qədimov;
29) 1963-cü ildə Bakı şəhərində anadan olmuş Ramiz Nəriman oğlu Bayramov;
30) 1970- cil ildə Bakı şəhərində anadan olmuş Vüqar Hamlet oğlu Bədəlov;
31) 1 iyun 1970-ci tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş Əli Telman oğlu Cabbarov;
32) 1971-ci ildə Bakı şəhərində anadan olan Qalib Azad oğlu Davudov;
33) Fəxrəddin Hüseyn oğlu Zülfüqarov;
34) 1967-ci il tarixdə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olmuş Zakir Cəmil oğlu Həşimov;
35) 1970-ci ildə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olan İsmayıl Şükür oğlu Eyvazov;
36) 15 may 1948-ci ildə Dağıstanın Rutul rayonunun Mikik kəndində anadan olan, 1951-ci ildən ailəliklə Qax rayonunun İlisu kəndinə köçən Rəcəb Lətif oğlu Lətifov;
37) Qax rayonunda anadan olmuş Soltan İsmət oğlu Mehdiyev;
38) Qax rayonunda anadan olmuş Əli Həsən oğlu Musayev;
39) Qax rayonunda anadan olmuş Əhməd Mustafa oğlu Məmmədov;
40) 1961-ci ildə Lənkəran şəhərində anadan olmuş Vahid Şahvələd oğlu Məmmədov;
41) 1963-cü ildə Dəvəçi rayonunda anadan olan Şahin Kamil oğlu Mikayılov;

Əsir düşənlər:
1) 1947-ci ildə Şuşa şəhərində anadan olan Əhməd Süleyman oğlu Ağakişiyev;
2) 1935-ci ildə Şuşa şəhərində anadan olan Ənvər Bəylər oğlu Ələkbərov;
3) 1941-ci ildə Şuşa şəhərində anadan olan Feyruz Heydər oğlu Məmmədov;
4) 1968-ci ildə Şuşa rayonunun Turşsu kəndində anadan olmuş Şakir Arif oğlu Əliyev;
5) 1966-cı ildə Şuşa rayonunun Turşsu kəndində anadan olan Elşən Əbülfət oğlu Əsədov;
6) 1953-cü ildə Şuşa şəhərində anadan olan Məcnun Hidayət oğlu Əsədov;
7) 1962-ci ildə Şuşa rayonunun Turşsu kəndində anadan olmuş İbrahim Pesi oğlu Mehdiyev;
8) 1968-ci ildə Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olan Adil Məhəmməd oğlu Məmmədov;
9) 1957-ci ildə Ağsu rayonunun Musabəyli kəndində anadan olan İslam Əhmədağa oğlu Babayev;
10) 1968-ci il təvəllüdlü Rafael Sultan oğlu Abbasov;
11) 1958-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olan Sultan İsmət oğlu Mehdiyev;
12) 1961-ci ildə Bakı şəhərində anadan olan Vahid Şahvələd oğlu Məmmədov-qaynı hərbi həkim Ağası Rauf oğlu Hüseynov;
13) 1961-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olan Əfruz Mahmud oğlu Cəfərov;
14) 1952- cil ildə Qazax rayonunun Qaqzaxbəyli kəndində anadan olan və Qax rayon Polis Şöbəsinin sahə müvəkkili vəzifəsində çalışan Əhməd Mustafa oğlu Məmmədov;
15) 1966-cı ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olan Akif Məhəmməd oğlu Rəsulov;
16) 1969-cu ildə Zaqatala şəhərində anadan olan Afət Zakir oğlu Mütəllimov – Daşaltı kəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yanında gedən döyqşdə yaralı vəziyyətdə əsir düşüb.
17) 1964-cü il təvəllüdlü Nazim Eldar oğlu Məmmədov;
18) 1963-cü ildə Bakı şəhərində anadan olan Hidayət Ramazan oğlu Ramazanov;
19) 1971-ci ildə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olmuş Mahir Məmməd oğlu Salmanov;
20) 1958-ci ildə Beyləqan şəhərində anadan olan İnqilab Şirin oğlu Şirinov;
21) 1967-ci ildə Kürdəmir rayonunun Axtaçı kəndində anadan olan İlqar Qəzənfər oğlu Cəfərov;
22) 1968-ci ildə Şəkidə anadan olan Həsən Əkrəm oğlu Əfəndiyev;
23) 1964-cü ildə Şəkidə anadan olan Etibar Allahyar oğlu Qarayev;
24) 1963-cü ildə Şəki rayonunun Aşağı Küngüt kəndində anadan olan Məmmədrəsul Əliəjdər oğlu İsayev;
25) 1973-cü ildə Şəki şəhərində anadan olmuş Ziya Rəşad oğlu Məsimov.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar