Erməni terror qrupu azərbaycanlı aktyorları vəhşicəsinə qətlə yetirir

14 Fevral 2021 10:24    648 Baxış   
Erməni terror qrupu azərbaycanlı aktyorları vəhşicəsinə qətlə yetirir

13 fevral 1918-ci il - Ərzincan ərazilərində erməni-rus qüvvələri ilə türk-müsəlman qüvvələri arasında döyüşlər baş verir. Xeyli sayda itkilər olur.

13 fevral 1921-ci il - 29yaşlı Şuşanın Malıbəyli kənd sakini İsfəndiyar Hacı Məmməd oğlu Hacıyev Nəriman Nərimanovun göstərişi ilə Qarabağa qastrol səfərinə gəlmiş Bakı səhnəsinin məşhur aktyorları Əbülhəsən Anaplı, Mir Paşa Sadıqov, Əli İslam ilə birlikdə erməni quldurları tərəfindən xaincəsinə qətlə yetirilirlər.

13 fevral 1988-ci il - Ermənilərin Xankəndi şəhərində -Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin binası qarşısında, Mərkəzi Lenin meydanında 400 nəfərlik ilk mitinqi keçirilir. Mitinqdə “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” və digər millətçilik ruhlu şüarlar, qərarlar səsləndirilir. Mitinqə “Krunk” terrorçu təşkilatın sədri Arkadi Manuçarov rəhbərlik edir. (13 fevralı – Qarabağ müharibəsinin başlanma günü kimi də qəbul etmək olar) Həmin gündən başlayaraq “Krunk” terror qrupunun rəhbərlərindən biri Arxadi Manuçarovun təşkilatçılığı və başçılığı altında Xankəndidə, Moskvada, İrəvanda və başqa yerlərdə çoxlu sayda müxtəlif mitinqlər təşkil etmək nəzərdə tutulur.

13 fevral 1990-cı il - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK_nın Qafqaz bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il) qeyri-qanuni olması haqqında qərar qəbul edir.Bunu erməni tərəfinin Qarabağla bağlı tarixi təftiş etmək cəhlərinin bir nümunəsi hesab etmək olar.

13 fevral 1990-cı il - Armen Mixayloviç Avanesyanın terrorçu qrupu Yevlax-Laçın avtomobil yolunun 105 klometrliyində Şuşa-Bakı istiqamətində hərəkət edən avtobusu partladır. 2 sərnişin həlak olur, 13 nəfər yaralanır. Terrorçuları tutmaq mümkün (?) olmur.

13 fevral 1992-ci il - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionaATƏM-in ilk missiyasının səfəri başlayır. Çexoslavakiya (ATƏT-ə sədrlik edirdi) prezident administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi nümayəndə heyəti bir həftə ərzində Bakı, İrəvan və Xankəndidə olur. Məhz bu missiyanın nəticəsi olaraq ATƏT-in Mnsk Qrupu yaradılır.

13 fevral 1992-ci il - Xocalıya ərzaq və yanacaqla dolu sonuncu M-26 hərbi vertolyotu gəlir. Əhaliyə başqa cür ərzaq çatdırmaq mümkün olmur, çünki Xocalı mühasirədə idi.

13 fevral 1992-ci il - Ağdam rayonunun Mərzili, Abdal-Gülablı, Şelli və digər kəndləri atəşə tutulur. Tələfat və dağıntılar olur. Şəhərin mərkəzi meydanında mitinq keçirilir.

13 fevral 2001-ci il - Yerevan özünün hərbi və təhlükəsizlik sistemindəki elektron poçt kanallarına “COMİT” texnoloji sistemini də əlavə edir.


14 fevral 1921 ci il - Ağdamdan ermənilər yaşayan Darnavaz kəndinə konsert vermək üçün gedən 6 nəfər azərbaycanlı aktyor daşnak Ağacan Azriyanın başçılıq etdiyi terror qrupu tərəfindən vəhşicəsinə qətlə yetirilir.

14 fevral 1992-ci il - Xocalı şəhəri ermənilərin yaşadıqları Mehdikənd və Noraguh kəndləri istiqamətlərindən müxtəlif növ silahlarından atəşə tutulur. Dağıntılar və yaralananlar olur.

14 fevral 1993-cü il - Ermənilər Tərtər-Kəlbəcər yolunu kəsərək Sərsəng su anbarının cənuba və şimala doğru yerləşən yaşayış məntəqələrini ələ keçirirlər.

14 fevral 1997-ci il - ABŞ Minsk Qrupunun üçüncü həmsədri qismində qəbul edilir.

14 fevral 2012-ci il - Rusiya Federasiyası FTX-nin Kəşfiyyat İdarəsi ilə Ermənistan Təhlükəsizlik Xidməti arasında “nüvə informasiyaları ilə bağlı məlumat mübadiləsi” haqqında sənəd imzalayır.

Cəmil Məmmədli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar