Ermənilər Qarsda və Ərdahanda 30 min türkü vəhşicəsinə qətlə yetirirlər

22 Fevral 2021 10:13    1509 Baxış   
Ermənilər Qarsda və Ərdahanda 30 min türkü vəhşicəsinə qətlə yetirirlər

20 -21-22 fevral tarixlərində başımıza gələnlər:l

20 fevral 1828-ci il...
Rusiya ilə İran arasında bağlanmış “Türkmənçay” müqaviləsinə əsasən İran ermənilərinin Cənubi Qafqaza köçürülməsi başlayır.

20 fevral 1905-ci il...
İrəvan şəhərində, eləcə də ətraf yaşayıış məntəqələrində silahlanmış erməni quldur dəstələri çoxlu sayda dinc, günahsız azərbaycanlı sakinlərini amansızcasına qətlə yetirirlər...

20 fevral 1918-ci il...
Polkonik Pirumov və komissar Dronun başçılığı ilə silahlı hərbi dəstələr İrəvan quberniyasının bir neçə kəndini yerlə yeksan edirlər. Erməni qəddarlığı nəticəsində yüzlərlə günahsız azərbaycanlı öldürülür.

20 fevral 1918-ci il...
Erməni silahlı dəstələri Ərzincan və Ərzurum arasında yerləşən Başburt yaşayış məntəqəsində qoca, qadın, uşaq da daxil olmaqla yüzlərlə günahsız türkü amansızcasına qətlə yetirirlər.

20 fevral 1988-ci il...
Yerevan Opera Teatrı meydanında keçirilən mitinqdə Ermənistanın tanınmış simaları tərəfindən Azərbaycana qarşı əsassız iddialar səsləndirilir.

20 fevral 1991-ci il...
Erməni silahlı quldurları Gəncə-Xanlar və Çaykənd əməliyyatları həyata keçirirlər. Dinc əhalidən ölən, yaralananlar olur.

20 fevral 1991-ci il...
Erməni terrorçuları Xanlar (Göygöl) rayonunun Dozular kəndi yaxınlığında “UAZ-469” markalı 27-29 AQD dövlət nömrə nişanlı avtomaşını partladaraq gülləyə tuturlar. 2 nəfər azərbaycanlı – sovxozun direktoru Q.Musayev və sürücü D.İmanov həlak olurlar.

20 fevral 1991-ci il...
Laçın-Yevlax avtomobil yolunun 106-cı kilometrliyində Zərin bağı adlanan ərazidə “KAMAZ 5511” markalı 25-31 AQT nömrəli avtomaşın ermənilər tərəfindən partladılır. Sürücü İlham Baxşeyiş oğlu Allahverdiyev və onun yaxın qohumu Güman Əvəz oğlu Qocayev faciəli şəkildə həlak olurlar.

20 fevral 2011-ci il...
Azərbaycanın Göygöl rayonundakı “N” saylı hərbi hissədə 7 nəfər əsgər faciəvi surətdə həlak olur.

21 fevral 1905-ci il...
Silahlanmış erməni quldurları İrəvan şəhərində və onun ətrafında yerləşən bir sıra yaşayış məntəqələrində dinc, günahsız azərbaycanlıları qətlə yetirirlər.

21 fevral 1914-cü il...
“Hnçak” partiyası Qarsda və Ərdahanda silahlı üsyan qaldırır. 30 min türk amansızlıqla öldürülür.

21 fevral 1915-ci il...
Ermənilər Şərqi Anadolunun Bitlis, Van, Muş, Diyarbəkir və bir çox digər əyalətlərində üsyanlar qaldırırlar.

21 fevral 1916-cı il...
Xoy şəhərindən bir qədər kənarda olan yaşayış məntəqələrində 100-ə yaxın müsəlman ermənilər tərəfindən qətlə yetirilir. Cəsədlər yerdə qaldığı üçün, xristianlardan tələb olunur ki, ölənlərin meyitini yerdə götürüb dəfn etmək üçün müsəlmanlara bir qrup köməkçi göndərsinlər. Amma bu müraciətlər cavabsız qalır.

21 fevral 1918-ci il...
Erməni silahlı dəstələri Qarsda və Ərdahanda 30 min türkü vəhşicəsinə qətlə yetirirlər. Günahsız körpələr quduzlaşmış ermənilər tərəfindən oda atılır.

21 fevral 1988-ci il...
İrəvanda kütləvi nümayişlər davam edir. Erməni vandalları yenidən yenidən İrəvan şəhərində qismən salamat qalmış son məscidə hücum edərək onu yandırıb dağıdırlar.

21 fevral 1988-ci il...
Sovet İttifaqı KP MK Siyasi Bürosunda “Dağlıq Qarabağ” hadisələrinə dair müzakirə (?) aparılır. Azərbaycan və Ermənistan Kommunist Partiyaları Mərkəzi Komitələrinə vəziyyəti normallaşdırmaq tapşırılır.

21 fevral 1990-cı il...
Xankəndi şəhərində asfalt zavodunun hasarı arxasından ermənilər içərisində 32 nəfər azərbaycanlı olan Şuşa-Ağdam marşrutu ilə hərəkət edən avtobusa qumbara atırlar. Sərnişinlər içərisində olan Şuşa həbsxanasının əməkdaşı Səyyad Həsənov cəld tərpənərək qumbaranı avtobusun içərisindən götürüb bayıra tullayır. Güclü partlayış baş verir.
Azərbaycanlılardan xəsarət alanlar olur.

21 fevral 1990-cı il...
Bakının Əhmədli qəsəbəsində yaşayan tələbə qardaşlar – Nəriman Əhmədov və Fərman Əhmədov rus əsgərlərinin açdıqları atəşdən həlak olurlar.

21 fevral 1992-ci il...
Şuşa rayonunun Qaybalı kəndi ermənilər tərəfindən işğal olunur.

21 fevral 1993-cü il...
Erməni hərbi birləşmələri Ağdam rayonunun Şelli kəndi və Ergi istiqamətlərində hücuma keçir. Şelli kəndi ətrafında şiddətli döyüşlər gedir.

22 fevral 1726-cı il...
Rusiya imperatriçəsi I Yekaterina ermənilərə xüsusi mərhəmət v\ himayədarlıq etmək məqsədilə onların “Yüksək mərhəmətə və himayəyə layiq görülmələri” haqqında fərman imzalayır.

22 fevral 1837-ci il...
Eçmiədzində ali erməni kilsə şurası (sinod) yaradılır.

22 fevral 1905-ci il.
Ermənilər İrəvan şəhərində azərbaycanlılara qarşı qırğınlar törətməkdə davam edir.

22 fevral 1918-ci il...
Erməni silahlı dəstələri Ərzincan ilə Ərzurum arasında yerləşən Tərcan (Mamaxatun) yaşayış məntəqəsindən geri çəkilərkən qoca, qadın, uşaq da daxil olmaqla yüzlərlə günahsız müsəlmanı qətlə yetirirlər.

22 fevral 1988- ci il...
Bakıda ermənilərin Qarabağa iddialarına etiraz əlaməti olaraq (onların Dağlıq Qarabağdakı hədyan hərəkətləri ilə bağlı) azərbaycanlıların nizamsız ümumxalq mitinqi keçirilir.

22 fevral 1992-ci il...
Füzuli rayonunun Yuxarı Veysəlli kəndi rus hərbçilərinin gözləri qarşısında erməni yaraqlıları tərəfindən zirehli texnikanın köməyi ilə işğal olunur. 8 nəfər həlak olur. 20 nəfər yaralanır, biri 16 yaşlı oğlan olmaqla iki nəfər itkin düşür. Kəndin 1000 nəfərlik əhalisi böyük faciə ilə üzləşərək doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalırlar. Düşmən kənddə onlarla evə od vuraraq, onları vəhşicəsinə yandırır.

22 fevral 1992-ci il...
Erməni yaraqlıları Füzuli rayonunun Cəmilli kəndinə silahlı basqın edirlər. 2 nəfər milis əməkdaşı həlak olur, 4 nəfər yaralanır...

22 fevral 1992-ci il...
Erməni silahlılarının Qubadlı rayonunun Məlikməhəmmədli kəndinə basqınları nəticəsində 3 nəfər qətlə yetirilir.

22 fevral 1993-cü il...
Ağdam şəhəri ermənilər tərəfindən atəşə tutulur. Dağıntılar olur. Düşmənin Ağdam rayonunun Şelli və Mərzili kəndlərinə hücum dəf edilsə də, itkilərimiz də olur.

22 fevral 2001-ci il...
Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT_in Minsk Qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi 3 nizamlama planı (“paket həll”, “mərhələli həll”, “ümumi dövlət”) ilk dəfə olaraq mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə verilir.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar