Ermənilər Qarsda və ətraf ərazilərdə 1174 türkü amansızlıqla qətlə yetirir

06 May 2021 00:23    6012 Baxış   
Ermənilər Qarsda və ətraf ərazilərdə 1174 türkü amansızlıqla qətlə yetirir

5 may 1905-ci il - Naxçıvan qəzasının Cəhri kəndində 3 nəfərə azərbaycanlı kənd sakini saat 3 radələrində ermənilərin yaşadıqları Şıxmahmud kəndindən keçərkən erməni silahlılarının onlara etdiyi basqın nəticəsində ağır yaralanırlar.

5 may 1920-ci il - Erməni silahlı dəstələri Qarsda və onun ətraf ərazilərində 1.174 nəfər türkü amansızlıqla qətlə yetirir.

5 may 1920-ci il - “Timofey Ulyantsev” zirehli qatarı Ağstafa və Poylu stansiyalarını tutub Gürcüstan sərhədlərinə çatır.

5 may 1924-cü il - Azərbaycan K(b)P-nın VI qurultayında S.M.Kirov Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi ətrafında yaranan məsələlərə şübhəli münasibət bildirir: “Bu məsələni nəhayət ki, biz həll etdik və şübhəsiz, tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə yoxdur...” Əslində isə bu məsələnin düzgün həll olunduğuna Kirovun özünün də şübhəsi olmuşdur.

5 may 1938-ci il - Azərbaycan SSR Ali Soveti tərəfindən Qaragöl yaylasının (Laçın rayonu), Çayzəmi ərazisinin (Qubadlı rayonu), Kəmərli kəndinin (Qazax rayonu) və Zod sahəsinin (Kəlbəcər rayonu) erməni və azərbaycanlı torpaq komissarlıqları sədrlərinin imzaladıqları protokola əsasən Ermənistana verilməsi təsdiq edilir.

5 may 1992-ci il - Goranboy rayonunun Tapqaraqoyunlu kəndi erməni silahlılarının basqınına məruz qalır. 6 nəfər həlak olur, 8 nəfər yaralanır.

5 may 1992-ci il - Naxçıvan MR Şərur rayonunun Havıs və Günnüt kəndləri ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur.

5 may 2000-ci il - Ermənistan Təhlükəsizlik Şurasında keçirilən “Erməni xalqının milli təhlükəsizlik probleminə dair” sənədin müzakirəsi zamanı Qarabağa ermənilərin köçürülməsi başlıca mövzu olur. Müzakirə zamanı MDB çərçivəsində “sıxılan və əzilən, tənha qalan ”erməni millətinə yardım üçün xaricdəki icma başçılarına, kilsə rəhbərlərinə müraciət edilməsi qərara alınır.
Romadan ilk erməni ailəsi, iş adamı, “keşiş Albertinonun atası” - Yeramuş Sarkisyan, oğlu ilə birgə Xankəndinə gəlir. 2001-ci il ilədək Y.Sarkisyan Xankəndidə yaşayır. Onun ardınca isə 2001-ci ilin aprelində İtaliyadan 26 erməni ailəsi Dağlıq Qarabağa yaşamaq üçün yola düşür.
Mayın 5-də keçirilmiş iclasdan sonra prezident Robert Köçəryanın imzası ilə Fransada, Amerikada (əsasən Kaliforniyada), İranda, Rusiya Federasiyasında, Argentinada, Livanda, Liviyada, Suriyada...yaşayan erməni icmasının başçılarına yardım diləyən məktublar göndərilir.
Həmin məktublardan biri 2000-ci il iyunun 9-da Parisdə nəşr olunan “La Vie” (“Həyat”) jurnalında çap olunur. (nömrə 28, səh.2) Ümumiyyətlə, 1994-2001-ci illər ərzində işğal olunmuş Azərbaycan torpaqlarına xaricdən yaşamaq və s.

Məqsədlər üçün Fransadan, Livandan, Argentinadan, Sudandan, Liviyadan, Suriyadan, ABŞ-dan və s.ölkələrdən köç belədir:
1.Fransa.
Paris : 21 ailə 1992-ci ildə, 3 ailə 1992-ci ildə, 19 ailə 1999-cu ildə, 33 ailə 2000-ci ildə.
Marsel : 15 ailə 2000-ci ildə.
Lion 8 ailə 2000-ci ildə.
2. Livan.
Beyrut: 1998-ci ilədək 42 ailə Ermənistana gəlib. Onlardan 13 ailə 1999-cu ildə Xankəndinə köçürülür.
3. Argentina.
Buenos-Ayres : 5 ailə 2000-ci ildə.
4. ABŞ.
Nyu-Cersi : 7 ailə 1998-ci ildə.
Vaşinqton: 4 ailə 1999-cu ildə.
Kaliforniya: 11 ailə 1999-cu ildə, 4 ailə 2000-ci ildə.
5. Suriya.
Dəməşq: 9 ailə 1996-cı ildə, 2 ailə 1997-ci ildə.
6.Liviya.
Tripoli:16 ailə 1995-ci ildə.
7. Sudan.
Xartum: 3 ailə 1999-cu ildə.
Zəruri qeyd: Bu adamların bir qismi Yerevan rəsmiləri tərəfindən ikili vətəndaşlıq sənədləri də alır. Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürülən bu ailələrin bir qisminin adları MKİ (ABŞ), BND-nin (Almaniya), FTX-nin (RF) sənədlərində çəkilir. Onlar terrorçu qrupların tərkibində 1988-1994-cü illərdə Qarabağda baş verən terror aktlarında iştirak etmiş şəxslərdir.(?!)...

Cəmil Məmmədli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar