Ermənistan II Qarabağ müharibəsində əlil olan hərbçilərin sayını açıqladı

24 Martt 2021 20:38    432 Baxış   
Ermənistan II Qarabağ müharibəsində əlil olan hərbçilərin sayını açıqladı

II Qarabağ müharibəsində Ermənistanın 1 000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.

Dominant.az xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.

Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.

Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.

"Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib", - Mesrop Arakelyan deyib.

(Report)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar