“Əsgərlər unudulanda ölürlər“ filmi Yardımlıda - VİDEO

17 Noyabr 2021 15:10    4193 Baxış   
“Əsgərlər unudulanda ölürlər“ filmi Yardımlıda -  VİDEO

Yardımlı rayon Mərkəzi Mədəniyyət Evində tanınmış jurnalist-publisist Arif Əliyevin ssenari müəllifi olduğu, mərhum rejissor Rövşən Almuradlının ərsəyə gətirdiyi “Əsgərlər unudulanda ölürlər“ filminin nümayişi keçirilib.

Dominant.az xəbər verir ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” tərəfindən təşkil olunan tədbirdə Yardımlı rayonunun tanınmış ictimai xadimləri, şair və yazıçıları, müəllimlər və KİV nüməyəndələri iştirak ediblər.

Tədbir çərçivəsində tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Altun kitab" nəşriyyatının direktoru, 1-7-ci sinif Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov və Bakı Mətbuat klubunun direktoru Arif Əliyev Yardımlı ictimaiyyətinin qonağı olublar. Filmin nümayişindən sonra qonaqlar tədbir iştirakçılarının sualları cavablandırıblar.

Qeyd edək ki, “Əsgərlər unudulanda ölürlər” filmində 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısina birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 nəfər igid əsgərinin taleyindən bəhs edilir. Yalama döyüşü zamanı igid əsgərlərimiz iki saat duruş gətirərək son nəfəslərinə qədər mövqeyindən çəkilməyiblər.

Səid Əhmədli





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar