Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

06 May 2021 14:48    5769 Baxış   
Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı"nda Fəxri Fərmanla təltif olunub.

Dominant.az xəbər verir ki, bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verilib. Onun sözlərinə görə, bu festivalda Azərbaycan teatrını iki dövlət teatrı təmsil edib, bunlardan biri də Gəncə Dövlət Dram Teatrı olub. Anar Burcəliyev bildirib ki, "Teatr “Xəmsə” ədəbi-bədii kompazisiyası ilə festivala qatılaraq Fəxri Fərmanla mükafatlandırılıb. Nizami Gəncəvinin 880 illiyi ərəfəsində hazırlanan layihənin rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur".

Teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, "Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilib. Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdirilib. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YouTube və Facebook hesabları üzərindən yayımlanıb".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar