Gəncədə “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” qeyd olunub - FOTO

23 Aprelel 2021 19:45    2591 Baxış   
Gəncədə “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” qeyd olunub -  FOTO

Gəncə Baş konsulluğu tərəfindən “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə Baş konsulluğun “Nuru Paşa” salonunda pandemiya səbəbilə məhdud sayda dəvətlinin iştirakı ilə tədbir təşkil olunub.

Dominant.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra hakimiyyəti ilə yanaşı Gəncə 2 saylı Uşaq evinin sakinləri ilə media nümayəndələri də iştirak edib.

Tədbirdə Qurtuluş Savaşında canlarından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin himnləri səsləndirilib. Baş konsul Zeki Öztürk günün əhəmiyyəti haqqında çıxış edib. Uşaq evi sakinlərinin şeirlə çıxışının ardından Türkiyə Böyük Millət Məclisinin quruluşu haqqında qısa film nümayiş etdirilib.







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar