Generallar mətbuata pul buraxaraq bir-birilərini didirlər

24 Martt 2021 15:08    6209 Baxış   
Generallar mətbuata pul buraxaraq bir-birilərini didirlər

Hələ müharibə gedən zaman bunkerlərin aşkarlandığını və çox ciddi problemlər yaratdığını yazırdım. Bunkerlərin hansı səviyyədə olduğunu yazılardan gördünüz.

Bunkerlərn inşası nə vaxt başa çatıb? Məhz 2020-ci ildə. Əsas sual. Bunkerlər nə vaxt tikilməyə başlayıb? 2016-cı il aprel döyüşlərindən sonra.
Erməni tərəfi də anladı ki, Ohanyan xəttinə bel bağlamaq olmaz. Bunkerlər təkcə rus mütəxəssisləri yox, fransız və iranlı mütəxəssislər tərəfindən inşa edilib.

Erməni tərəfi döyüşlərin nəticəsini tez bir zamanda analiz edib, nəticə çıxarıb, hərəkətə keçib.

Azərbaycan tərəfi nəticə çıxarmışdımı? Əgər XTQ-nin zabitləri ilə söhbət etməsəydim, yox yazardım. Ancaq onlar bildirdi ki, aprel döyüşlərinin nəticələri analiz edildi, səhvlər üzərində işləndi. Müharibədəki bu uğuru da aprel döyüşlərinin nəticələri üzərində işləmələrinə bağlayırlar. Məntiqli və doğru hesab edirəm.

Digər qoşun növləri? Bax bu sözün əsl mənasında fiaskodur. İlk problem Səfərbərlik xidmətində üzə çıxdı. "Neqodnı" çıxarmaq üzrə ixtisaslaşan qurum sinifdə qaldı. Döyüşlərin dağda və çətin relyefi ilə seçilən yerlərdə keçəcəyini bilən MN demək olar heç bir addım atmadı. Apreldən sonra nə dağ atıcı briqadalar, nə də komando birliklər yaradıldı. Əvəzində çox anlamsız sınaqlar keçirildi. Onu yaradıb, bunu ləğv edib, sonda həmlə ortaya çıxardılar, o da istənilən effekti vermədi. Ölkədə sənəd üzərində dağ desant tipli briqada isə ən bahalı kurort xidmət yeri olmaqda davam etdi.

Lap nəticə çıxarıb iş görülmədi. Bəs o bunkerlərin tikintisinə niyə icazə verilirdi? Deyirlər müharibənin nəticələrinə, itki sayına görə bəziləri cəzalandırılmalıdır. Razı deyiləm. Yuxarıda yazdıqlarıma reaksiya vermədiklərinə görə əsas cəzalandırılmalıdırar.

Kiminsə haqqına girməyim. Ola bilsin bu müharibənin nəticələri üzərində işlər gedir. Açığı bəzi siqnallar alıram. Ancaq bildiyim bir şey də var ki, generalların böyük əksəriyyəti mətbuata pul (dollarla) buraxaraq bir-birilərini didirlər. Çoxunu yola salmadan ciddi işlər çətin görünür.

Səxavət Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar