Görmə məhudiyyətli şəxslərə şad, idman şərhçilərinə isə bəd xəbər - VİDEO

14 May 2024 16:34    2340 Baxış   
 Görmə məhudiyyətli şəxslərə şad, idman şərhçilərinə isə bəd xəbər -   VİDEO
OpenAI şirkəti GPT-4o adlı yeni güclü generativ süni zəka modelini təqdim edib.

GPT-4o fiziki məhdudiyyətli şəxslərə çox faydalı olacaq. Belə ki, görmə məhdudiyyətli şəxs ChatGPT-dən əlində tutduğu telefonun smartfonun arxa kamerasında əks olunmuş obyekt barəsində məlumat istəyəcək. ChatGPT isə ətraf mühiti analiz edərək cavabı təqdim edəcək.

Yeni süni zəka modeli yaxın həftələrdə ChatGPT-yə və şirkətin digər məhsullarına inteqrasiya ediləcək. Yeni süni zəka modeli GPT-4 səviyyəsində zəkaya sahib olsa da, mətn, foto və audio ilə çalışma mövzularında özündə daha geniş imkanları birləşdirir. GPT-4o - ya nitq imkanı da əlavə edilib. ChatGPT artıq səs vasitəsilə çalışma rejimini dəstəkləyir. Məsələn, çat-botla ona müxtəlif səsli suallar vermək olacaq və çat-bot səsli cavab verən zaman istifadəçi onun nitqini yarıda bölüb əlavə nəsə soruşa biləcək. GPT-4o hətta istifadəçinin səslə emosiyasını da təyin edəcək. Üstəlik çat-bot istifadəçinin təqdim etdiyi foto əsasında suallara sürətli cavab verə biləcək. İstifadəçi çat-bota hansısa proqram təminatının kodunu göstərərək ondan kodda nələrin baş verdiyini soruşa bilər. Və ya istifadəçi hər hansısa şəxsin fotosunu təqdim edərək, geyindiyi paltarın hansı brendə məxsus olduğunu soruşa bilər.

GPT-4o hazırda hər hansısa menyunun fotosundakı mətni digər dilə tərcümə edə bilir. Gələcəkdə isə canlı yayım çərçivəsində idman oyununu izləyərək şərh edə biləcək.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar