Hazal Kaya Bakıya gəlir

13 Yanvar 2022 12:33    597 Baxış   
Hazal Kaya Bakıya gəlir

Türkiyə kinosunun ulduzu Hazal Kaya Azərbaycana gələcək.

Dominant.az xəbər verir ki, 21 yanvar saat 19:00-da "Park Cinema Flame Towers"də Kayanın iştirakı ilə “Benden Ne Olur?” filminin gala gecəsi keçiriləcək.

Qeyd edək ki, bu filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib. Hazal Kaya “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib. 2016-cı ildə "Worlds Most Beautifuls" internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.

“Benden Ne Olur?” filminin kollektivi təqdimat günü - yanvarın 21-də Azərbaycana gələcək. Qonaqlar, həmçinin ertəsi gün Bakıda qalmağı, daha sonra Türkiyəyə qayıtmağı planlaşdırırlar. Filmi yaradıcıları ilə birlikdə izləmək istəyənlər qala gecəsi üçün biletləri Park Cinema (parkcinema.az) və iTicket (iticket.az) internet saytlarından əldə edə bilərlər.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar