Həmyerlimiz Rusiyada viste-spiker seçilib

05 Oktyabr 2021 16:19    467 Baxış   
Həmyerlimiz Rusiyada viste-spiker seçilib

Rusiyanın Leninqrad vilayətinin Qanunverici Məclisinə keçirilən seçkilərin nəticələrinə görə soydaşımız Səyad Əliyevin üçüncü dəfə deputat seçildiyi barədə məlumat vermişdik. Dünən isə Səyad Əliyev Leninqrad vilayətinin Qanunverici Məclisində vitse-spiker seçilib.

Modern.az-ın əməkdaşı ilə söhbətində həmyerlimiz qeyd edib ki, bu məsələdə üzvü olduğu Vahid Rusiya Partiyasının böyük qatqısı olub.

Bundan sonra Leninqrad Vilayət parlamentində vistse-spiker kimi fəaliyyət göstərəcək həmyerlimiz mənsub olduğu partiyaya təşəkkürünü bildirib, ona göstərilən etimadı doğruldağacağını deyib.

O, 44 günlük Zəfər tariximizə görə Azərbaycanın Ali Baş Komandanına, Azərbaycan əsgərinə dərin minnətdarlığını da ifadə edib:

“Biz çox qürurluyuq. Dünyanın harasında yaşamasından asılı olmayaraq bundan sonra bütün azərbaycanlılar 44 günlük Zəfərimizə uyğun fəaliyyət göstərməlidirlər”. Leninqrad Vilayət parlamentinin vitse-spikeri ilə geniş müsahibəni bir azdan oxuya bilərsiniz.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar