İntihar edən İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı

24 Sentyabr 2021 19:59    1177 Baxış   
İntihar edən İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı

Rusiyada intihar edən Perm vilayəti İstintaq Komitəsinin rəhbəri Sergey Sarapultsevin son məktubu üzə çıxıb.

Evində ölü tapılan ədliyyə polkovniki intihardan öncə son sözlərini kağıza köçürüb.

“Kifayət qədər yaşadım. Qəsdən və ya bilmədən etdiyim günahlara görə, tanrım, məni – günahkar bəndəni bağışla. Qarşında günahkaram. Nədə? Özün bilirsən. Layiq olmayaq quluna rəhm et”, -deyə o, qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-də baş verən intiharın mərhumun peşəkar fəaliyyəti, o cümlədən Perm universitetindəki kütləvi qətllə əlaqəsi olmadığı bildirilib.

Hazırda insidentlə bağlı istintaq davam edir.

Mənbə: “RİA Novosti”



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar