İsrailli ekspert erməni vəhşiliyi ilə bağlı dünyaya çağırış etdi

05 İyun 2021 20:55    685 Baxış   
İsrailli ekspert erməni vəhşiliyi ilə bağlı dünyaya  çağırış etdi

İyunun 4-d sarsıdıcı və dəhşətli xəbəri aldım və şok yaşadım. Mənim həmkarlarım - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Bu dəhşətli hadisə bu ərazinin ziyarət edən hər bir jurnalistin başına gələ bilər.

Dominant.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut deyib.

Siyasi ekspert bildirib ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular nəticəsində müharibə bəri 120-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir.

“Mən düz bir ay əvvəl “İsrael Hayom”un jurnalisti ilə Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında oldum. İlk andan hiss etmişdim ki, sanki bu əraziyə dəhşətli vəba gəlib. Azad edilmiş ərazilərdə demək olar bir dənə də salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey qalmayıb. İşğalçı ermənilər Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edərək, qarətçilik, neonasizm və vandalizm ilə məşğul olublar. Hətta ağacları da məhv ediblər”, - deyə A.Qut vurğulayıb.

O bildirib ki, digər mövzu minalar məsələsi idi. Bu əraziləri ziyarət edən zaman bizə deyirdilər ki, sağa getməyin, sola getməyin, bu ərazilər çox təhlükəlidir. Təkcə Ağdam yox, Füzuli, Cəbrayıl və Zəngilan da erməni işğalı nəticəsində kabus və minalanmış şəhərlərə çevrilib, məhv edilib. Dağıntıların miqyası, ermənilərin qəddarlığı, faşizmi, neonasizmi və vandalizmi insanı dəhşətə gətirir. Hazırda dünyanın heç bir yerində erməni vandalizminin, erməni nifrətinin və düşmənçiliyinin nəticələrinin bu qədər əyani nümayişinə rast gəlmək mümkün deyil.

“Mən siyasi ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəsi, eyni zamanda, İsraildə Azərbaycan Evinin rəhbəri olaraq İsraildə və dünyadakı xarici həmkarlarımı minalanmış ərazilərin xəritəsini verməsi üçün təcili olaraq Ermənistana təzyiq göstərməyə çağırıram.

Azərbaycan Ermənistanın 28 il ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri hərbçilərimizin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükədir. Minalanmış ərazilərin xəritələrin verməsi bir çox şəxsin, o cümlədən jurnalistlərin ölüm təhlükəsi ilə üzləşməsinin qarşısını ala bilər”, - deyə siyasi ekspert əlavə edib.

O vurğulayıb ki, lakin bugünkü beynəlxalq münasibətlər formatında dünya ictimaiyyəti susur, danışmır və sadəcə, laqeydlik göstərir. Bu münasibətə və susqunluğa son qoyulması üçün daha nə qədər günahsız azərbaycanlı mülki şəxs həyatını itirməlidir? Bu insanların günahı nədir? Uzaq tarixə getmək lazim deyil. 29 il əvvəl Xocalı şəhərində mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdı. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq və erməni vandalizmi, eyni zamanda, Ermənistan tərəfindən dəhşətli mina basdırma prosesi heç bir izaha sığmır
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar