İsrailli nazirdən “Hizbullah” açıqlaması: “Livandan çıxmayacağıq”

18:30    24 Baxış   
İsrailli nazirdən “Hizbullah” açıqlaması:   “Livandan çıxmayacağıq”

Hizbullah" hərəkatı mövcudluğunu dayandırana qədər İsrail öz qoşunlarını Livandan çıxarmayacaq.

Dominant.azThe Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri Besalel Smotriç bildirib.

Nazir qeyd edib ki, bu cür hal qətiyyən yaşanmayacaq:

"Nə qədər ki, həmin ölkədə "Hizbullah" fəaliyyət göstərir, İsrail qüvvələri Livandakı təhlükəsizlik zonasını, eləcə də Bofort qalasını tərk etməyəcək. Hazırkı hökumətin iqtidarda olduğu dövrdə ordunun geri çəkilməsi planlaşdırılmır.

Onun sözlərinə görə, məsələ sadəcə "Hizbullah"ın silahı yerə qoyması ilə bitmir, eyni zamanda onun bir struktur kimi ləğvi, siyasi partiya və ya hər hansı Livan hökumətində təmsil olunma hüququndan məhrum edilməsi əsas şərtdir.

Smotriç bildirib ki, təşkilatın İsrail üçün yaratdığı təhdid bütünlüklə aradan qaldırıldıqdan sonra yeni təhlükəsizlik sazişləri üzərində danışıqlara başlanıla bilər:

"Biz bu mövqelərdə qətiyyətlə dayanırıq. Bunu ABŞ tərəfinə açıq şəkildə bildirmişik".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar