Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
Dominant.az xəbər verir ki, türkiyəli nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 20-ci Konfransında iştirak etmək üçün ölkəmizə səfər ediblər.
Xatırladaq ki, Bakıda 22-25 iyun tarixlərində İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 20-ci Konfransı keçirilir.