İstanbulda Güney Azərbaycanın görkəmli ictimai xadimi Həsən Azərbaycan anıldı

07 Noyabr 2021 03:24    827 Baxış   
İstanbulda Güney Azərbaycanın görkəmli ictimai xadimi Həsən Azərbaycan anıldı

Noyabrın 6-da İstanbulda İsvec Azərbaycan Federasiyası, Stokholm Azərbaycan Evi və Goteborq Azərbaycan Birliyinin təşkilatçılığı ilə tanınmış xeyriyyəçi, mədəniyyət xadimi Həsən Dəmirçi Azərbaycanın xatirəsinə həsr edilmiş anım gecəsi keçirilib.

Dominant.az xəbər verir ki, anım gecəsinə Azərbaycanın Güneyindən və Quzeyindən, Türkiyədən, ABŞ və Avropa ölkələrindən onlarla soydaşımız qatılıblar. Anım gecəsini giriş sözü ilə şair Azəryar Danişvər açdıqdan sonra İsveç Azərbaycan Federasiyasının təmsilçisi Eldar Qaradağlı Həsən Azərbaycanın millətimiz üçün önəmi və onun ülvi şəxsiyyəti haqda geniş çıxış edib.

Mərasim iştirakçıları Azəryar Danişvərin hazırladığı “Dəmir Mizrab” sənədli filmini izlədiklən sonra tanınmış güneyli ziyalılar Yaqub Təqəvi, Məhəmməd Rəhmanifər, eləcə də İsveç Azərbaycan Federasiyasının sədr müavini Teymur Eminbəyli, Federasiyanın sədri Azər Heydərqızı çıxış edərək Həsən Dəmirçi haqda öz xatirələrini bölüşüblər. Anm gecəsində “Həsən Azərbaycan” adına təsis olunan mükafat da ilk sahibinə - Həsən Dəmirçinin həyat yoldaşı Zəkiyyə xanıma təqdim edilib. Həsən Dəmirçinin oğlu Babək Dəmirçi çıxış edərək tədbirin təşkilatçıları və bütün iştirakçılara öz təşəkkürü bildirib.

Anım gecəsi Təbrizdən gələn və Həsən Dəmirçinin qurduğu və bu gün onun adını daşıyan l musiqi qrupunun alqışlarla müşayiət olunan çıxışları, eləcə də tanınmış Güneyli ozan Yanar Sönməz, Elcan Danişvər və Hüseyn Nəsirlinin solo ifaları ilə davam edib.








Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar