Lalayanın quldur dəstəsi 535 Bakı qaçqınını vəhşicəsinə qətlə yetirir

23 Martt 2021 09:44    3757 Baxış   
Lalayanın quldur dəstəsi 535 Bakı qaçqınını vəhşicəsinə qətlə yetirir

23 mart 1918-ci il...
850 nəfər Bakı qaçqını “Poseydon” gəmisi ilə Mahaçqalaya gəlir. S.Şaumyanın sonradan göndərdiyi Lalayanın quldur dəstəsi bu qaçqınların 535 nəfərini vəhşicəsinə qətlə yetirir.

23 mart 1918-ci il...
Qəbələ bölgəsinin Civar oymağına basqın edən erməni silahlıları əhaliyə divan tutur, onlara ağır işgəncələr verirlər. Uşaqların gözləri çıxarılaraq saplara düzülüz və boyunbağı kimi qətlə yetirilən qadınların birinin boğazına asılır.

23 mart 1918-ci il...
Salmas, Urmiya və digər yerlərdə ermənilər minlərlə günahsız müsəlmanları amansızlıqla qətlə yetirirlər.

23 mart 1919-cu il...
“Daşnaksütyun” terror təşkilatına mənsub erməni quldur dəstələri Şuşa şəhərinə hücum edirlər.


23 mart 1919-cu il...
Erməni silahlı qrupları Göyçə mahalının Kiçik Məzrə və Hüseynquluağalı kənd lərinə basqın edərək əhalini qətlə yetirirlər. Kiçik Məzrədə 90, Hüseynquluağalıda 30 nəfər azərbaycanlı öldürülür.

23 mart 1920-ci il...
Qarabağda Azərbaycana qarşı daşnak qiyamı başlanır. Erməni daşnak terrorçuları Xankəndindəki Azərbaycan ordu hissələrinə hücum edib şəxsi heyətdən 3 nəfəri qətlə yetirirlər. Bu qiyam üsyana çevrilərək genişlənir.Bu fürsətdən istifadə edərək Sovet bolşevikləri bir ay sonra Qızıl Ordu qüvvələrinin və Azərbaycandakı kommunistlərin dəstəyi ilə Bakı şəhərini işğal edirlər.

23 mart 1920-ci il...
Ermənistan hökümən qoşunları barışığı növbəti dəfə pozaraq, Azərbaycanın Əsgəran şəhərini qəsb edirlər. Qırğın əməliyyatında əsasən “tayqulaq Andranikin” quldur dəstələri iştirak edirlər. Onlar dinc əhaliyə qarşı xüsusilə daha çox qəddarcasına cinayətlər törədirlər.

23 mart 1920-ci il...
Ermənistan qoşunları quldur birləşmələrinin köməyilə Xankəndi və Şuşa şəhərlərinə basqın edərək bununla da 23 noyabr 1919-cu il tarixli barışıq sazişini pozurlar. Hər iki şəhərdə onlarla qadınlar, uşaqlar, qocalar qətlə yetirilirlər.

23 mart 1990-cı il...
Erməni yaraqlıları Qazax rayonunun kəndlərinə silahlı basqın edirlər, dəmir yolun yatağı, yanacaqdoldurma stansiyası partladılır, içərisində azərbaycanlı mülki əhali olan avtobus gülləbaran edilir.

23 mart 1990-cı il...
Saat 18:00 radələrində Qazax rayonunun Aşağı Əskipara kənd sakini, çoban Məmməd Məmmədov Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi istiqamətindən erməni silahlısı tərəfindən açılan atəş nəticəsində ayağından ağır güllə yarası alır.

23 marr 1992-ci il...
Ağdam şəhəri və rayonun Gülablı, Şelli, Papravənd və Abdal kəndləri ermənilər tərəfdən atəşə tutulur. Yaralananlar olur, 15 ev dağılır.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar