Mahnı bəstələdim alın yazıma...

02 Sentyabr 2020 15:31    352 Baxış   
Mahnı bəstələdim alın yazıma...
Dominant.az Mahir Mehdinin yeni şeirini təqdim edir:

... Açılıb taybatay,
göründü hərf - hərf,
dibdəki anlamı
üzü bu adın.
Özümü soyunub
sonuncu dəbdə,
ölçümü eninə
uzun yaşadım.

Qaçıb, heçdə çıxdım
birinci yerə,
oldum hər tərəfdən
sıranın ilki.
Atəşə tutuldu
şeir postları,
verdim misra - misra
çoxqatlı itki.

Dəyişib sözbəsöz
mənim olanlar
girdi ayrı notda
saysız yozuma.
İxtisar eləyib
son bölümünü,
mahnı bəstələdim
alın yazıma.

Rəqəmsiz - fılansız
düşdüm tarixə,
yazıldı gəlişim
min addan qabaq.
Hər şeyi ölçürsən
İsa yaşıyla,
biz ki, doğulmuşuq
miladdan qabaq...


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar