Makrona məktub: "Böyüyüm, alnından vuracağam, müstəmləkəçi yaramaz!"

05 Oktyabr 2020 17:09    1522 Baxış   
Makrona məktub:  "Böyüyüm, alnından vuracağam, müstəmləkəçi yaramaz!"
Fransızca yazmaq istədim burada, vaz keçdim. Bu mətnin fransız dilində versiyasını Yelisey Sarayına yollayacam.

İndi isə keçək namənin özünə.

Hörmətsiz və zərrə qədər sayğı duymadığım Emmanuil Makron!
Ermənistanın və qarabağlı ermənilərin qayğısına çox qalırsınız.

Hətta o dərəcədə ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğunu unudaraq, Türkiyəyə bəslədiyiniz nifrəti az qala hər gün sosial şəbəkələrdə, çıxışlarınızda izhar edirsiniz.

Və deyirsiniz ki, Azərbaycanda yüzlərlə suriyalı yaraqlı olması barədə kəşfiyyat məlumatlarınız var.

Varsa, açıqlaya bilərsiniz o məlumatların heç olmasa birini?

Yaxşı, şəfqətlə davranıram - birinin yarısını.

Olar?

Yoxsa o məlumat da sizdən 35 yaş böyük xanımız, madam Brijitdən gizli olaraq vizajist Nataşanıza "cibxərcliyi" qismində iki dəfə - 10 və 16 min avro olmaqla - verdiyiniz pullar təki sizin üçün məxfi məlumatdır?

Erməniləri nümayişkaranə və aşkar şəkildə dəstəkləyirsiniz.

Olsun, xeyriyyəçilikdir.

Afrikadakı ac uşaqlara makaron paylamağınız kimi. Ki, o uşaqlar siz gedəndən sonra makaron qutularını yerə atmış, biri isə "Böyüyüm, alnından vuracağam müstəmləkəçi yaramaz!" qışqırmışdı kameralara.

Yadınızdamı? Yəqin unutmayıbsınız o konfuzu.

Daha sonra bəyan edibsiniz ki, qarabağlı ermənilərə "milli müqəddəratlarını təyin etmək hüququ verilməlidir".

Tamam, pis çıxış deyil: eynən Ruandakı o məşhur çıxışınız təki. Yadınızdamı, danışdığınız, sonra fitə basıldınız?

Sayğı bəsləmədiyim üçün "sayğılı" yaza bilmədiyim müsyö Makron, nəzərinizə çatdırmaq istərdim ki, hazırda Fransada təqribən 470 min erməni yaşayır.

Yəni Dağlıq Qarabağdakı ermənilərin sayından 3,6 dəfə çox.
Parisdə 200 min, Lionda 110 min, Marseldə 90 min, Valansda 50 min və s. erməni var.

Erməniləri çox sevirsiniz, bilirəm.

Təklif edirəm ki, Lionda erməni muxtariyyətinin yaradılmasını qəbul edəsiniz.

Məhz o zaman eşidəcəksiniz ki, sən demə, Fransa bütünlüklə qədim erməni torpağıdır, qallar əslində Xoren Qalstyanın törəmələridir, Marsel qədim erməni şəhəri Marsalapat, Valans - Valeskert, Lion isə Nor-Lioni imiş.

Bəlkə onda ağıllanasınız.

Az da olsa.

Birin yarısı qədər.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar