Müdafiə Nazirliyi məlumat yaydı - RƏSMİ

17 Sentyabr 2022 14:53    10091 Baxış   
Müdafiə Nazirliyi məlumat yaydı -  RƏSMİ

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən xəsarət alan hərbi qulluqçularımız haqqında məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanmışdır. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılmış, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar