Nankorluğun son həddi: Anait Peqovu “xain” çıxartdı

06 Yanvar 2021 17:28    626 Baxış   
Nankorluğun son həddi:  Anait Peqovu “xain” çıxartdı

Semyon Peqov imzası 44 günlük müharibə dövründə həm azərbaycanlılar, həm də ermənilər arasında ən çox hallanan isim oldu. Yəqin ki, unutmamısınız: Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyən edilmişdi.

44 günlük müharibə zamanı erməni yalanlarının bir nömrəli təbliğatçısı olan, Qırmızı Xaç Cəmiyyətinin maşınına minərək, Hadruta keçib, bu qəsəbənin guya ermənilərin nəzarəti altında olduğunu “sübut edən”, 6 noyabrda Şuşadan canlı reportaj edib, “erməni müqavimətini” göstərən və elə o məşhur reportajında da sürətlə aradan və Qarabağdan qaçıb-çıxan Peqovun “dövranı dönüb”. Bir sözlə, faktlara söykənməyən çıxışları ilə ermənilərin arasında az qala qəhrəmana çevrilən Semyon Peqov artıq gözdən düşüb. indi sosial şəbəkələrin erməni seqmentində xain adlandırırlar. Erməni sosial şəbəkə istifadəçiləri Peqovun müharibə zamanı Ermənistan silahlı qüvvələrinin olduğu yerlə bağlı Azərbaycan Ordusuna dəqiq məlumat ötürdüyünə dair dəlillərin olduğunu bildirirlər.

Anait Ovsepyan adlı istifadəçinin sözlərinə görə, Peqov hara gedirmişsə, hardan reportaj hazırlayırmışsa, oranı dərhal Azərbaycan Ordusu darmadağın edirmiş. Yəni erməni qoşunlarının yerləşdiyi yerlərin koordinatlarını və strateji nöqtələri Peqov Azərbaycana ötürürmüş.

Burdan Semyon Peqova bildirmək yerinə düşər ki, İrandan, Türkiyədən Qarabağa gəlmiş qaraçı dəstəsinə bənzəyən ermənilərə torpağımızın ən gözəl yerində yer-yurd, dolanışıq, yüksək imtiyazlar verdik. Onlar nə etdilər? Əllərinə ilk fürsət keçəndə onu bəsləyən xalqın qanını içdilər, əzizlərini öldürdülər, evini yağmaladılar, yurdunu dağıtdılar, körpələrini süngüyə keçirtdilər . Acı təcrübəmiz bizə göstərdi ki, erməniyə xidmət etməyin aqibəti budur: çörəyi dizinin üstündə, vəhşi və qaniçən tayfadan başqa heç nə gözləmək lazım deyildi.

Sən qazanmadın Peqov!

Əntiqə Rəşid


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar