Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

03 İyun 2022 18:11    11765 Baxış   
Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

İyunun 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva çıxış edərək 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Sonra “Nur” Uşaq Xorunun ifasında (dirijor və bədii rəhbəri Mələk Vəlizadə) tamaşaçılara yeni və rəngarəng musiqi kompozisiyası təqdim olunub.

Qeyd edək ki, azyaşlı ziyarətçilərin iştirak etdiyi tədbirin məqsədi uşaqlara sevinc və təbəssüm bəxş etməkdir.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar