"Olivia" mağazasında satıcı müştəriyə xəsarət yetirdi, əraziyə polis gəldi - İLGİNC İTTİHAM

17 May 2024 12:35    2195 Baxış   
"Olivia" mağazasında satıcı müştəriyə xəsarət yetirdi, əraziyə polis gəldi -  İLGİNC İTTİHAM

Komestik, ətriyyat, sağlamlıq və baxım məhsullarının satışını həyata keçirən "Olivia" mağazasında müştəri döyülüb.

Dominant.az xəbər verir ki, bu barədə feysbukdakı "Hüquqşünaslar" qrupunda müştəri tərəfindən məlumat verilib. O, hadisənin mağazanın "Həzi Aslanov" filialında baş verdiyini iddia edərək, qrupdakı hüquqşünaslardan kömək istəyib.

Sözügedən şikayəti olduğu kimi tədim edirik:

"Salam hörmətli hüquqşünaslar və səhifə üzvləri !
Bu gün - 16.05.2024 tarixdə Həzi Aslanovun metrosunun üstündə, Kapital bankın yanından keçərkən təsadüfən orada yerləşən OLİVİA kosmetika mağazasına girdim. İçəri girərkən mağazanın elə ön tərəfində üzərində 50% endirim yazılmış vitrin diqqətimi çəkdi. Həmin vitrinə bir neçə məhsul qoyulmuş, üzərlərinə isə guya ki, 14 manatdan 6 manata düşməyini göstərən qiymət kağızı da yapışdırılmışdı. Həmin vitrinə yaxınlaşaraq, vitrində olan yaşıl rəngli tubik formasında olan üz gellərindən birinə baxmaq istədim. Məhsulu əlimə alanda, məhsulun istifadə müddətinin artıq keçməsinin, məhsulun ağzında blomb kimi yapışdırılan etiketin olmamasının, məhsulun ağzının açıq olmasının, ən pisi isə məhsuldan dəhşətli dərəcədə pis qoxu gəlməsinin və tubikin içərisində olan üz gelinin su kimi olmasının şahidi oldum. Mənim üz dərim də olduqca həssas və allergik olduğundan kefiyyətsiz və vaxtı keçmiş naməlum bir məhsulu alıb üzümə çəkmək istəmədim.
Daha sonra saç boyaları olan vitrinə yaxınlaşdım. Oradan 6 man məbləğində bir ədəd saç boyası götürüb pulunu vermək üçün kassaya tərəf getdim. Bu zaman YASƏMƏN adlı satıcı mənə yaxınlaşaraq çox kobud şəkildə ilk öncə endirim vitrinində baxdığım üz gellərindən birinin pulunu verməli oldugumu israrla tələb etdi. Verməsəm üstümə polis çağıracağı ilə hədələdi. Mən isə belə olduğu halda artıq almaq üçün pulunu vermək istədiyim saç boyasını aparıb öz yerinə qoydum və "artıq mənə heç biri lazım deyil deyib" mağazanı tərk etmək istədim.
BU ZAMAN NƏ BAŞ VERSƏ YAXŞIDIR ???
Həmin YASƏMƏN adlı satıcı tez mənim qarşıma keçərək mağazanın qapısını açarla bağladı və mənim qolumdan bərk şəkildə tutaraq məni zərbə ilə içəri itələdi. Hələ bu azmış kimi öz ərazilərinə nəzarət edən polis işçisinin zəng vurub mağazaya gəlməsini istədi. Mən də polisin gəlməsini gözlədim. Niyə də gözləməməli idim axı ? Həmin polis, Xətai rayon 36-cı polis bölməsinin əməkdaşı olan Orxan İsmayılov gələndən sonra o mənə OLİVİA mağazasının şərtlərinin başqa cürə olduğunu, burada nəyi baxmaq üçün əlinə götürmüsənsə artıq MUTLƏQ ALMALI olduğumu çox gülməli şəkildə izah etməyə çalışsa da, mən xoşuma gəlməyən keyfiyyətsiz bir məhsulu alıb üzümə vurmaq istəmədiyimi ona bildirdim və ondan birlikdə kamera görüntülərinə baxmağı xahiş etdim. O isə bunu yalnız Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətinə müraciət əsasında mümkün ola biləcəyini söyləyib, tələsik mağazanı tərk etdi.
Verdiyim 102 çağırışına gələn iki nəfər polis əməkdaşı mənə çox qısa şəkildə ərizə yazdıraraq bu işlə məşğul olacaqlarını bildirdilər.
Evə gəlib üstümü dəyişən vaxtı isə nə görsəm yaxşıdır ? Mağazada satıcı məni çox böyük zərblə qollarımdan tutub içəri itələyən vaxtı qolumun biri buraxulmuş, əzilmiş və göyərmiş, digər qolumda isə satıcının dırnaqları neçə yerdə böyük cızıqlar və sıyrınıtılar yaratmışdı. Bunu görən kimi dərhal 102 çağırışına gələn həmin polis əməkdaşlarına zəng vurdum və Məhkəmə Tibbi Ekspertizadan keçmək istədiyimi söylədim.
Düzü mən daha əvvəllər də OLİVİA mağazasında satıcılar tərəfindən alıcıların polislə hədə-qorxu və şantaj edilərək məhsul almaq məcburiyyətində olduqlarını çox eşitmişdim. Ancaq özüm canlı şahidi olmamışdım.
Xahiş edirəm, hörmətli hüquqşünaslar məsələyə hüquqi qiymət versinlər".

Şikayətə aydınlıq gətirmək üçün sözügedən mağazalar şəbəkəsi ilə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, mağazanın internet səhifəsində qoyulan nömrələrin heç birindən zənglərimizə cavab verilmədi. Qarşı tərəf məsələyə münasibət bildirəcəyi təqdirdə, yayımlamağa hazırıq.

Qeyd edək ki, “Olivia Beauty & Care" multibrend mağazalar şəbəkəsinin "Kontakt Home" mağazalar şəbəkəsinin sahibinə bağlı olduğu ehtimal edilir. "Marja" saytının yazdığına görə, mağazalar şəbəkəsi "Kontakt Home" tərəfindən inkişaf etdirilir. “Olivia Beauty & Care" üçün işçilərin işə qəbulunun "Kontakt Home" tərəfindən aparılmas, həmçinin mağazalar şəbəkəsinin saytında qoyulan nömrələrə zəng edərkən "Kontakt Home" operatorunun cavab verməsi bu iddiaları təsdiqləyir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar