"Park Cinema Flame Towers"də möhtəşəm gala gecəsi - Türkiyəli məşhurlar Bakıda

22 Yanvar 2022 12:16    403 Baxış   
"Park Cinema Flame Towers"də möhtəşəm gala gecəsi -  Türkiyəli məşhurlar Bakıda

Türkiyənin "Ay Yapım" film şirkətinin ərsəyə gətirdiyi "Benden Ne Olur?" filmi azərbaycanlı tamaşaçılara təqdim edilib.

Dominant.az xəbər verir ki, "Park Cinema Flame Towers"də Azərbaycanda da kifayət qədər tanınan və sevilən aktrisa Hazal Kayanın iştirakı ilə “Benden Ne Olur?” filminin gala gecəsi keçirilib.

Filmdə rol alan məşhur aktyor və aktrisalar Selin Şekerci, Leyla Atay, Enis Arıkan və filmin ssenari müəllifi Aslı Kızmaz da media nümayəndələri ilə görüşüblər.

Hazal Kaya pandemiya vəziyyətində filmin çəkilişlərinin necə çətin ərsəyə gəlməsi ilə bağlı da danışıb: "İki dəfə COVID-19-a yoluxdum. Çətin idi, amma buna baxmayaraq, biz çəkilişlərimizi etdirdik. Çox həyəcanlıyıq, ümid edirəm, azərbaycanlı tamaşaçılar da filmimizi bəyənəcəklər".










Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar