“Peace be upon you – Salam Aleykum” beynalxalq müasir incəsənət layihəsi

07 İyun 2021 20:23    1072 Baxış   
“Peace be upon you – Salam Aleykum” beynalxalq müasir incəsənət  layihəsi


Latviya Respublikasının Azərbaycandakı səfirliyi, Amerika Birləşmiş Ştatları, BMT, Əfqanıstan İslam Respublikası, Çex Respublikası, Gürcüstan, Macarıstan, Ukrayna, Türkiyə, eləcə də Norveçin Ankaradakı səfirliklərinin birgə əməkdaşlığı və mədəniyyət sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı təşkilat və institutlarının iştirakı ilə müasir incəsənət sahəsində “Peace be upon you – Salam Aleykum” adlı layihə həyata keçirilir. Bu münasibətlə iyunun 7-də “Landmark” hoteldə Latviya Respublikasının Azərbaycandakı səfirliyi mətbuat konfransı keçirtdi. Konfrans zamanı Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs keçiriləcək tədbirlər barədə məlumat verib.

Bildirib ki, layihə çərçivəsində sülhün qorunması və sülhməramlılıq mövzuları təbliğ olunacaq. Müasir incəsənətin aktuallığı və informasiya texnologiyasının istifadəsi sülh fəallarının səfərbərliyinə və bütün dünyada cəmiyyətin on minlərlə nümayəndələrinin beynəlxalq təhlükəsizlik və sülhün qorunması proseslərinə cəlb olunmasına öz töhfəsini verəcək. Layihənin proqramına sərgilər, film nümayişləri, təqdimatlar, görüşlər, müzakirələri daxildir.

Əfqanıstan Qaçqınları Cəmiyyətinin də layihəyə qoşulduğunu deyən səfir bildirib ki, iyunun 14-də Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində Əfqanıstanda vuruşan müharibə veteranlarının iştirakı ilə keçiriləcək tədbirdə fotojurnalist Reza Deqatinin Əfqanıstan seriyasından olan fotoları nümayiş olunacaq, həmçinin tarixçi Fuad Axundovun çıxışı da gözlənilir. Eyni zamanda ADA Universitetində “Azərbaycanın Avro-Atlantik Sülh və Təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.

Səfir, həmçinin dünyada gedən sülh proseslərinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya bildirilib ki, layihə çərçivəsində iki fotosərginin açılışı nəzərdə tutulur. Onlardan biri iyunun 8-də “Nur Art House” qalereyasında keçiriləcək. Sərgidə ukraynalı fotoqraf Aleksandr Klimenkonun sülh mövzusunda çəkdiyi fotoları təqdim olunacaq.

Bildirib ki, layihə tək Azərbaycanda deyil bütün dünyada onlayn formatda yayımlanacaq: “Sülhün qorunması mövzusu hər zaman gündəmdə olan, çox böyük əhəmiyyət kəsb edən bir mövzudur. Amma indi sülhdən danışmaq xüsusilə Azərbaycan üçün daha vacibdir, çünki Azərbaycan xalqı 44 gün ərzində çətin mərhələdən keçib və qalib ölkə kimi dünya ictimaiyyətini sülhə çağırıb.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar