Ukrayna hər zaman BMT və NATO rəhbərliyi altında həyata keçirilən sülhməramlı əməliyyatların ən fəal iştirakçılarından olub. Ukraynanın çoxillik sülhməramlı fəaliyyəti bütün dünyada tanınır və hörmətlə qarşılanır. 1992-ci ildən etibarən ölkəmiz bütün dünya üzrə 20 sülhməramlı əməliyyatda iştirak etmişdir. Bu böyük etibar, eyni zamanda da böyük məsuliyyətdir.
Ukrayna hərbi qulluqçularının sülhün bərqərar olması vəzifəsinə olan sadiqliyini anlayaraq, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Latviyanın Azərbaycandakı Səfirliyinin vasitəçiliyi və “Platform of Art” təşkilatçılığı ilə keçirilən “Peace be upon you – Salam Aleykum” adlı beynəlxalq mədəni art-layihədə iştirak etmək üçün dəvət olunmuşdur.
Bu layihə çərçivəsində, “Nur Art House” qalereyasında 8 iyun tarixində “Ukrayna hərbi qulluqçuları sülhün müdafiəsində” adlı foto-sərginin açılışı baş tutmuşdur. Sərginin əsasına sülhün dəstəklənməsi üzrə bir çox əməliyyatların, xüsusilə də Yaxın Şərq, Afrika və keçmiş Yuqoslaviyadakı əməliyyatların şahidi olmuş tanınmış Ukraynalı hərbi fotoqraf Aleksandr Klimenkonun işləri daxil olmuşdur.
Sərginin digər bir vacib elementi 2014-cü ildən 2020-ci ilədək ölkəmizin şərq hissəsində - Luqansk və Donetsk vilayətlərində Ukrayna fotomüxbirləri tərəfindən çəkilmiş fotoları oldu. Bu fotoşəkillər müharibənin dağıdıcı gücünü və dəhşətlərini göstərir. Digər tərəfdən, dinc dövrdə Ukrayna hərbçilərinin himayəsində olan adi dinc həyat və xoşbəxt insanlar nümayiş olundu.
Sərgidə həmçinin tanınmış Azərbaycan fotografı Agdes Bağırzadənin İkinci Qarabağ Müharibəsinə aid olan fotolar sərgilənib.
Layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Sabina Şıxlinskayadır.
Günel Həsənova