Pəri Miniatürdən şəhidlərimizin ruhuna ehtiram: "Açıl, ey göy üzü, şəhid gəliyor" - Video

13 İyul 2020 18:16    1352 Baxış   
Pəri Miniatürdən şəhidlərimizin ruhuna ehtiram:   "Açıl, ey göy üzü, şəhid gəliyor" - Video
Rəssam Pəri Miniatür bu gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə canından keçmiş Şəhidlərimizin ruhuna rəsm əsəri ərməğan edib.

Dominant.az xəbər verir ki, Pəri Miniatürün şəhidlərə həsr etdiyi əsərdə Azərbaycan bayrağını, daha doğrusu, övladlarının bayraqla bəzənmiş nəşini başının üzərinə qaldırmış şəhid valideynləri təsvir olunub.

Rəssam bildirib ki, bu gecə baş verən döyüşlərdən, eləcə də səhəri açanda ön cəbhədə baş verənlərlə bağlı oxuduğu məlumatlar ona çox ağır təsir edib. Və nəticədə rəssam hisslərini, duyğularını kətana köçürməyi qərara alıb: "Səhər-səhər yatağımda ikən "Facebook"da fon musiqili bir şeirlə, Şəhid karvan maşınları olan paylaşım gördüm, özüm də bir paylaşım etdim. Uzun zaman idi ağlamırdım, oğlumun atasından ayrıldıqdan sonra sol tərəfim də keyimirdi heç... Ağırlığa dözə bilməyəcəyimə əmin olduğum üçün tezdəndən indiyə qədər dayanmadan işlədim, təkrar-təkrar fon musiqili o şeiri dinləyərək".

"Çox zəngin detallar yoxdu bu işdə, amma ağırdı, o övladların həm doğum, həm ölüm sancısını barmaqlarımdan ürəyimin kapliyarlarına qədər hiss etmək ağırdı...", - deyə rəssam vurğulayıb.

Pəri Miniatürün Şəhidlərimizin ruhuna həsr etdiyi və bu əsərin ərsəyə gəlməsinə vəsilə olmuş musiqini təqdim edirik:





Allahdan şəhidlərimizin ruhuna rəhmət, ailələrinə isə səbr diləyirik. Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar