Qənirə Paşayeva “Armudu” - Gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı olub

20 Aprelel 2021 17:02    4577 Baxış   
Qənirə Paşayeva “Armudu” - Gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı olub

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Gənclər və İdman Nazirliyinin “Armudu” - Gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı olub.

Komitə sədri Qənirə Paşayeva gənclərlə görüşdən məmnunluğunu ifadə edib. Gəncləri ölkəmizin sabahı, yeni uğurlarımızın memarları kimi xarakterizə edən Q.Paşayeva əsas diqqəti Vətən Müharibəsinə yönldib, gənclərimizin çoxsaylı qəhrəmanlıqlarından söz açıb.

Onlayn görüş iştirakçılarının suallarını cavablandıran Komitə sədri, 44 günlük müharibədə qazanılan tarixi zəfəri, böyük ölçüdə məhz gənc nəslin fədakarlığı, uğuru kimi şərh edib. Q.Paşayeva şəhidləri bir daha ehtiramla yad edərək, yaralı qazilərimizə şəfalar diləyib.

"Gənclər dövlət başçımızın müəyyənləşdirdiyi yeni hədəflərə hazır olmalıdır. Bunun üçün vətənpərvərliklə yanaşı, yaxşı təhsil almaq, biliklərə yiyələnmək, sağlam bədəndə sağlam ruh bəsləmək gərəkdir" - deyə kmitə sədri vurğulayıb.

Təşkilatçılar və iştirakçılar səmimi görüş, fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar