Qənirə Paşayeva gənc rəssamın sərgisində çıxış edib - FOTO

23 May 2022 04:47    11794 Baxış   
Qənirə Paşayeva gənc rəssamın sərgisində çıxış edib -  FOTO

MM Mədəniyyət Komitəsinin dəstəyi ilə fiziki imkanları məhdud istedadlı rəssam Ramil Əhmədovun fərdi sərgisi keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc rəssam Ramil Əhmədovun fərdi sərgisində çıxış zamanı deyib ki, Ramil 17 yaşından rəssamlıqla məşğuldur və ilk növbədə Bəhruz Kəngərlidən, sonra Səttar Bəhlulzadə və Pablo Pikassodan təsirlənərək əsərlər yaradıb: “Ramil mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə daha çox üstünlük verir. 600-dən artıq müstəlif mövzulu və fərqli səpkidə çəkilmiş gözəl əsərlərin müəllifi olan Ramilin indiyədək 12 fərdi sərgi ilə çıxış edib. Həmçinin 50-yə yaxın ümumi sərgidə əsərləri nümayiş olunub. O, bir çox müsabiqədə birincilik qazanıb. Ramil Əhmədov yeniliklərə açıq və özü yeniliklər yaratmağa qabil rəssamdır.

O, 11 ildir Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Mən Ramili növbəti fərdi sərgisi münasibəti ilə ürəkdən təbrik edirəm. Onun bu sərgisi satış sərgi tərzində təşkil olunub. Rəssamımızı bu gün də yalnız qoymayan, onun əsərlərinə tamaşa etməyə gələn, bu gözəl əsərləri öz evi, iş yeri, xarici qonaqları, eləcə də ölkəmizin mədəniyyət ocaqları üçün alan könül dostlarımıza, sizlərin hər birinizə təşəkkür edirəm”!

Ramil Əhmədovun sərgisində Xalq artisti Alim Qasımov, Əməkdar artistlər – Elnarə Abdullayeva, Fərqanə Qasımova, Manana Caparidze, “UMAY – Türk dünyası Qadınlarına Dətək” İB sədri Vəsilə Abulova, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional ictimai təşkilatının sədri Tərlan Qasımov, tanınmış ziyalılar çıxış edərək, ö öz ürək sözlərini bölüşüblər.

Sərgidə aydınlar, QHT, KİV təmsilçiləri iştirak edib.
MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, "UMAY - Türk dünyası Qadınlarına Dəstək" İB-nin, RHİM İB və “Nəfəs” İB-nin dəstəyi ilə keçirilən sərgidə Ramil Əhmədovun 60-dan çox əsəri nümayiş olunub və tam əksəriyyəti sərgi iştirakçıları tərəfindən alınıb.

Q.Paşayeva sonda bir daha çıxış edərək, istedadlı yeni nəsil rəssamına dəstək duran könül dostlarına təşəkkür edib, onun uğurlarına sevindiyini, daha böyük uğurlar qazanacağına inandığını söyləyib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar