Qənirə Paşayeva məşhur sənətçilərlə görüşüb - FOTOLAR

01 İyul 2021 13:25    4604 Baxış   
Qənirə Paşayeva məşhur sənətçilərlə görüşüb -  FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Arslanbek Sultanbekov və “Dombranın izi ilə” tarixi-sənədli filminin rejissoru Mehmet Gün ilə Mədəniyyət Komitəsində görüşüb.

Arslanbek Sultanbekov adının, sənətinin Azərbaycanda, ümumən Türk dünyasında məşhur olduğunu vurğulayan Q.Paşayeva, onunla görüşmək­dən məmnun olduğunu bildirib.

“Qardaş xalqlar arasında ən əsas bağlardan biri məhz mədəniyyət, mədəniyyət xadimləri arasında güclü işbirliyinin olmasından keçir. Sizin kimi məşhur ifaçının bu planda verə biləcəyi töhfələr böyükdür. Çox şadam ki sizin və qardaş Türkiyənin tanınmış rejissoru Mehmet Günün iştirakınız və sənətkar dəstəyinizlə dombra ilə bağlı film hazırlanır. Ümidvaram dombra, saz, digər türk musiqi alətlərinin yranması, ozan-aşıq sənətinin inkişaf yolları timsalında ortaq mədəni irsimizlə bağlı gözəl bir sənət əsəri araya-ərsəyə gələcəkdir. Sizi bir daha salamlayır, yeni yaradıcılıq uğurları diləyirəm”!

Komitə sədri hər iki sənətkara xatirə hədiyyələri, o cümlədən Rusiyanın Qaraçay-Çərkəz Respublikasında tikiləcək məscid üçün Türk-İslam motivli rəsm əsəri hədiyyə edib.

Arslanbek Sultanbekov və Mehmet Gün səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar