Qəza ordumuz mənsur və müzəffər olsun deyə, dua ordumuz da savaşa qatılmalıdır

30 Sentyabr 2020 13:58    665 Baxış   
Qəza ordumuz mənsur və müzəffər olsun deyə, dua ordumuz da savaşa qatılmalıdır
Vətənimiz Azərbaycan çətin bir regionda yerləşir.
Çaqqalların mühasirəsindədir. Torpaqları 30 ilə yaxındır mənfur qonşu Ermənistan tərəfindən işğalda saxlanılan bir ölkəyik.

Bu işğalda böyük rol oynayan, işğalçı və düşmən ölkənin əsas hamisi Rusiya ilə qonşuyuq.

Adı “İslam Respublikası” olsa da, kafirlərə satılan, bizi rusa və erməniyə satan münafiq bir rəhbərliyin idarəsindəki İran ilə qonşuyuq.

Bir tərəfdən bizə dost görünən, o biri tərəfdən də Ermənistanın dünyadakı havadarları tərəfindən göndərilən hərbi yardımların düşmən ölkəyə ötürülməsinə vasitəçilik edən, dolayısıyla hər an bizə xəyanət etməyə müsaid olan Gürcüstan ilə qonşuyuq.

Ona görə də torpaqlarımızı işğaldan qurtarmaq üçün sadəcə işğalçı qonşu ilə yox, eyni zamanda ona müxtəlif formalarda dəstək verən digər qonşularla da mübarizə aparırıq biz. Təbii ki, düşmən ölkənin bölgəmizdə və ölkəmizdə maraqları olan dünyadakı digər havadarlarıyla da.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatdan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi də bu anlayışla başlamış bir mübarizədir, əslində.
Çaqqallar arasında qaldığımız bu bölgədə qardaş əlini uzadaraq haqlı mübarizəmizdə bizi dəstəkləyən Türkiyə də olmasa, halımız nə cür olar, bir düşünün.

Əbəs yerə deyilmir ki, tək millət iki dövlətik. Bir ananın iki oğluyuq, qardaşıq. Xoş gündə də, dar gündə də, sevincdə də, kədərdə də bərabərik. Birik, birlikdəyik, təhlükəni də birlikdə hiss edirik.

PKK başda olmaqla bir çox terror təşkilatlarının bu gün Ermənistanın və havadarlarının təşviqi ilə işğal altındakı torpaqlarımızda bizə qarşı toplandıqlarını da görürük.

Biz işğalçı Ermənistanı dəfələrlə xəbərdar etdik, işğalçılığına son qoy, torpaqlarımızdan çıx, dedik.Ancaq düşmən Putinin Moskva konfetinə aldanaraq, ona və göndərdiyi 400 ton yeni silaha güvənərək əvvəlcə iyul ayında dövlət sərhədimizdən, indi də təmas xəttindən torpaqlarımıza yenidən əl uzatdı. O əli qıracaq qüdrətli ordumuzu və uca millətimizi unutdu. Şəhadətə and içən Mübarizləri hesaba qatmadı.

Qəzaya amadə olan milli ordumuz da “anlayana barış, anlamayana savaş” deyərək başlarına od yağdırdı, yağdırır.Anadolulu qardaşlarımızın dediyi kimi,
“Nush ilə uslanmayanı etməli təkdir; Təkdir ilə uslanmayanın hakkı kötəkdir”. İşğalçı nəsihətdən anlamadı, xəbərdarlıqdan nəticə çıxartmadı və kötəyi haqq etdi.

Artıq haqqı verilir. Ordumuz addım-addım Qarabağ yolunda irəliləyir. Əsarətdəki yurdlarımız düşməndən təmizlənir.Füzuli və Ağdərə qapılarındadır qəhrəman əsgərlərimiz. Sırada Xankəndi var. Ardından işğaldakı bütün torpaqlar.

“Ailənə mesajın varmı?” deyə sual edilsə, tərəddüd etmədən “Gözləməsinlər!” deyəcəklərini bildiyimiz vətənin igid övladları bir-bir işğaldakı kəndlərimizi azad edərək irəliləyərkən,

Dua ordusu da oyaq olmalıdır.

Gecələri, sübhləri boş keçirməməlidir.

Hər namazda yox, hər an əllər səmada olmalıdır.

Dillərdən dua əksik olmamalıdır.

Qılıncın gücü şübhəsizdir. Ancaq duanın gücü də mütləq nəzərə alınmalıdır.

Savaşların iki ordunun, qəza ordusu ilə dua ordusunun ittifaqıyla qazanıldığı unudulmamalıdır.

Qəza ordumuz cəbhədə savaşarkən dua ordumuz da onların arxasında savaşa qatılmalıdır. Qəza ordusu mənsur və müzəffər olsun deyə.

Odur ki,

Ey qəza ordusuna qatılmaq üçün sıra gözləyən kişilər və gənclər! Ey analar, bacılar, atalar, qardaşlar, qocalar və uşaqlar! Ey cəbhəyə gedən ərlərini və nişanlılarını gözləyən gəlinlər və qızlar! Haydı, dua ordusuna qatılmağa.

Haydı, Allah kafir qövm üzərində qələbə qazandırsın (Bəqərə, 2/250), böyük bir qələbə ilə yardım etsin (Fəth, 48/3) deyə “Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun!.. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın!” (Bəqərə, 2/190-191) əmrini yerinə yetirən qəza ordumuza dualarla dəstək verməyə.

O səbəblə,

Haydı, “Duanız olmazsa, Rəbbim sizə nə üçün dəyər versin!” (Furqan, 25/77) buyruğuna riayət etməyə…

Salam və dua ilə…

Zaur Şüküroğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar