Qriqoryan haylarının kilsə şüvənliyi

08 Oktyabr 2020 15:28    607 Baxış   
Qriqoryan haylarının kilsə şüvənliyi
Ermənilər prosesi sürətlə dini müstəviyə daşımaq istəyir. Xəbər yayıblar ki, Azərbaycan ordusu Şuşadakı kilsəni qəsdlə vurub. Əslində məsələ nədir?

Ermənilər Şuşadakı hava hücumundan müdafiə sistemini çevrəsi açıq olan həmin kilsənin həyətində yerləşdirib. Təbii hesablayıblar ki, nə zamansa bu sistem vurulanda kilsə də zərər çəkəcək. İndi o olay baş verib. Kilsə həyətindəki hava hücumundnn müdafiə qurğusu zərərsizləşdiriləndə, kilsə zərər görüb. Haylar həşir salıb ki, "Azərbaycan ordusu xristian kilsəsini vurdu". Ay siz öləsiniz. Siz heç xristian da deyilsiniz. Erməni-Qriqoryan kilsəsisiniz. Zamanla terrora dəstək vermisiniz deyə, sizi nə katoliklər, nə pravaslavlar qəbul edir. İndi dinə də ləkəsiniz, regiona da, dünyaya da, insanlığa da.

Qaldı kilsəyə, Azərbaycan Bakıdakı erməni kilsəsinə barmağının ucu ilə də dəymədiyi halda, Şuşada kilsəni niyə qəsdən vursun? Azərbaycanın ərazisində sinaqoq, kilsə, alban məbədi belə var. Ermənistanda ikinci millət və din daşıyıcısı yoxdur. Bircə erməni qarışıq ruslar var, vəssalam. Ayrıca dinə hörməti olan kəs, müsəlman məscidlərini donuz fermasına çevirməzdi.

Və gələk Şuşadakı kilsəyə, insallah Azərbaycan dövləti onun daha gözəlini inşa edib və ya təmir edib inanclılara verəcək. Bizimlə yaşamaq istəyən xristian çoxdur...

Jalə Mütəllimova





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar