Şəhidimizin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

23 Aprelel 2021 20:20    5284 Baxış   
Şəhidimizin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

EHİM əməkdaşı olmuş şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Dominant.az xəbər verir ki, 21-23 aprel 2021-ci il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

EHİM-in Data laboratoriyası departamentinin əməkdaşı olmuş Rəşad Mehdiyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

EHİM-in inzibati binasında və əməkdaşlar arasında baş tutan turnirin birinci mərhələsi İsveç üsulu ilə təşkil edilib və bu turda ən yüksək xal toplamış 10 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Final mərhələsində istirak etmiş 10 nəfər dairəvi üsulla toplamda 9 görüş keçirib. Turnirdə 1-ci yerinin qalibi 8 xal toplamış Məmmədov Bəxtiyar, 2-ci yerin qalibi 7 xal toplamış Məmmədcamal İsmayılzadə və 3-cü yerin qalibi 6.5 xal toplamış Ümid Süleymanov sertifikat və hədiyyələrlə təltif olunublar.

Turnirinin mükafatlandırma mərasimində şəhidimizin atası Rəhman Mehdiyev, anası Yeganə Mehdiyeva, qardaşı və digər ailə üzvləri iştirak ediblər. Mərasimdə şəhidimizin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib: https://youtu.be/oiHATIfOGCQ

Sonra EHİM-in direktoru tərəfindən Rəşad Mehdiyevin adına onun ailə üzvlərinə Fəxri Fərman təqdim edilib.

Şəhidimizin ailə üzvləri Mərkəzin inzibati binası ilə tanış olarkən Rəşad Mehdiyev adına olan konfrans otağı, eləcə də onun çalışdığı departamentdə iş otağında olublar.

EHİM tərəfindən şəhid Rəşad Mehdiyevin adının əbədiləşdirilməsi məqsədilə şahmat turnirini hər il həyata keçirilməsi nəzərdə tutulur.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar