Sosial sahibkarlıq, Kraudfandinq və Layihələrin idarə olunması mövzularında kitab çap olunub

09 Aprelel 2021 12:55    6393 Baxış   
Sosial sahibkarlıq, Kraudfandinq və Layihələrin idarə olunması mövzularında kitab çap olunub

Azərbaycanın ilk yerli Kraudfandinq platforması olan “Toxum.org” və sahibkarlıq sahəsinə öz imzasını atmış şəxslərin təşəbbüsü ilə insanların yaradıcı fikirlərinə həyat vermək üçün ərsəyə gətirilən və ölkəmizdə ilk dəfə öz doğma dilimizdə sosial sahibkarlıq, kraudfandinq, layihənin idarə olunması mövzularını əhatə edən “TOXUM” kitabı çap olunub.

Dominant.az xəbər verir ki, Toxum.org dəyişiklik edən, sosial gələcəyə yol açan, insanlara dəyər qatan sosial və sosial sahibkarlıq  ideya və layihələrə həyat verən bir platformadır. Toxumun əsas məqsədi ölkəmizdə Kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir.

Toxum.org komandası deyir ki, kitabın əsas missiyası hər kəsə arzusunda olduğu layihəni necə reallaşdırmaq yollarını öyrətməkdir. Kitab sosial sahibkarlıq, layihələri idarə etmək, maddi vəsait toplamaq üçün kampaniya başlatmaqla bağlı bilikləri əhatə edir. Bu mövzuların hər biri real keyslər üzərindən, nümunələrlə, sxem və cədvəllərdən istifadə edilərək çox sadə dildə izah olunub. Ölkəmizdə  layihəsinə həyat vermək istəyən insanlar üçün əsl Oxu kitabı olacaq.

Kitabın müəllifləri Global winner 2020-nin qalibi, sosial sahibkar Sara Rəcəbli, Kvan kitabının
müəllifi Coşqun Kərimov, PMP sertifikatlı layihə meneceri Kamran Cəbrayılov, Toxum.org
platformasının həmtəsisçisi, iqtisadçı Toğrul Vəliyevdir.


Kampaniya boyunca Simurq Təhsil Fondu (şəhid və qazi ailələrinin övladlarının təhsilinə dəstək olmaq məqsədilə yaradılan sosial layihə) ilə birgə çalışan komanda, ianə edilən hər 15 manata görə 1 kitabı dəstəkçiyə, bir kitabı isə STF-yə bağışlamağı öz öhdəsinə götürüb. Bir toxumla iki ağac yetişdirmək həqiqi mənada mümkün olmasa da, bu Toxum kitabı
üçün real hadisəyə çevrilmiş oldu.

Kitabı 070 538 64 72, 055 890 32 31 nömrələrinə zəng edərək və ya [email protected] mail ünvanına yazaraq sifariş edə bilər , eyni zamanda BookZone kitab mağazasından əldə edə bilərsiniz.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar